04.09.2015/08:12; Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Avropa İttifaqı ölkələrində miqrantların paylanması mexanizminin yaradılmasına dair təklif hazırlayıb

miqrantFransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Avropa İttifaqı ölkələrində miqrantların paylanması mexanizminin yaradılmasına dair təklif hazırlayıb

İki ölkənin liderləri birgə rəsmi məlumatda bildiriblər ki, «Son ümidi yeri Avropa olan insanları o, müdafiə etməlidir». Ona görə də Olland Merkel «Avropada qaçqınların qəbulunun və ədalətli bölüşdürülməsinin təşkili üzrə ümumi təkliflər vermək» qərarına gəldilər.

Ehtimal edilir ki, bu təkliflərə sentyabrın 14-də Avropa Birliyi ölkələri Daxili İşlər Nazirləri rəhbərləri tərəfindən baxılacaq. İsveçrədə mətbuat konfransında çıxış edən Merkel həmçinin əlavə edib ki, bu problemin həlli üçün Avropa ölkələrinə immiqrantların bölüşdürülməsi üzrə məcburi kvotalar lazımdır.