03.09.2015/07:00; Şengen zonası faktiki olaraq fəaliyyətini dayandırıb

axinŞengen zonası faktiki olaraq fəaliyyətini dayandırıb

Şengen zonası faktiki olaraq fəaliyyətini dayandırdı, Slovakiya rəhbərliyində belə hesab edirlər. Bu, miqrantların və qaçqınların kütləvi axını ilə bağlıdır, ölkənin xarici işlər naziri Miroslav Layçak belə bildirib. Şengen sərhədlərini qorumağa borclu olan ölkələri vasitəsilə miqrantlar tam sərbəst şəkildə hərəkət edirlər.

Normal şəraitdə şengen vizasını almaq çox çətindir. Lakin indi Avropaya, on minlərlə insan gəlir, və heç kim onlara nəzarət etmir,-onun sözlərini İTAR-TASS agentliyi sitat gətirir.

Slovakiyanın Xarici İşlər Nazirliyinin başçısı Avropa İttifaqı ölkələri və ona qonşu dövlətlər arasında xarici sərhədlərin mühafizəsinin gücləndirilməsini təklif edib. Slovakiya da Macarıstan və Çexiya kimi Avropa Birliyinin ayrı-ayrı ölkələrində qaçqınların qəbulu üçün məcburi kvotalar tətbiq edilməsinin əleyhinə çıxış edir. Ekspertlərin fikrincə, hazırda İkinci Dünya müharibəsindən bəri ən kütləvi miqrant axını müşahidə olunur.