01.09.2015/08:50; Polşa hakimiyyəti Valbjix şəhəri yaxınlığında qiymətli əşyalarla yükləndiyi ehtimal edilən nasist qatarının olduğu rayonu mühasirəyə alıblar

qatarPolşa hakimiyyəti Valbjix şəhəri yaxınlığında qiymətli əşyalarla yükləndiyi ehtimal edilən nasist qatarının olduğu rayonu mühasirəyə alıblar

Dəmir yollarında polis və təhlükəsizlik xidməti orqanları yolda keşik çəkirlər. Mətbuatın məlumatına görə, son günlər bir çox həvəskar itkin düşən qatarı özləri axtarıb tapmaq istəyirlər.

Bu zaman onlar mövcud dəmir yoluna çox nadir halda çıxırlar. Tapıntı barədə ötən ay məlumat verilib. Söhbət İkinci dünya müharibəsinin sonunda Vrotslavdan Valbjixə külli miqdarda qızıl və başqa zinət əşyaları aparan qatardan gedə bilər. O yolda qeyri müəyyən şəraitdə yoxa çıxıb.

Bəzi məlumatlara görə, qatar öz zamanında nasistlər tərəfindən inşa edilən tunellərin birində yerləşir.