20.08.2015/08:07; Donald Tramp ABŞ-ı miqrantlardan xilas etməyi vəd edib

trampDonald Tramp ABŞ-ı miqrantlardan xilas etməyi vəd edib

«Prezidentliyimin ilk günündə onlar rədd olub ölkədən gedəcəklər», dövlət başçısı postuna iddiaçı bildirib. O, yenidən özü də qonşu ölkənin hesabına Meksika ilə sərhəddə divar tikilməsini təklif edib.

Tramp respublikaçılardan prezidentliyə ən populyar potensial namizəd olaraq qalır. Meksika Xarici İşlər Nazirliyi artıq onun bəyanatını irqçi adlandırıb.