19.08.2015/08:24; ATƏT Ukrayna məsələsi üzrə xüsusi müşavirə keçirəcək

meruzeATƏT Ukrayna məsələsi üzrə xüsusi müşavirə keçirəcək

ATƏT missiyasının rəhbəri Ərtoğrul Аpакаn hesabatla çıxış edəcək. ATƏT-ə sədrlik edən Serbiya nümayəndə heyəti Ukraynada vəziyyətlə bağlı təşkilatın daimi şurasının xüsusi iclasını çağırıb. Bu barədə ATƏT-in mətbuat xidmətinə istinadən İTAR-TASS xəbər verir.

İclasda Ukraynanın şərqində vəziyyət haqqında xüsusi monitorinq missiyasının başçısı Ərtoğrul Аpакаnın məruzə ilə çıxış edəcəyi planlaşdırılır. O, həmçinin 57 ölkənin nümayəndələrinə münaqişənin həlli üçün göstərdiyi səylər və müşahidə missiyasına yaradılan şərait barədə məlumat verəcək. Şuranın iclasında müşahidə missiyasının hesabatlarına əsasən Donbasda son günlər atəşkəsin pozulması sayının artması və zorakılığın növbəti mərhələsi müzakirə olunacaq. Avqustun 15-də Kiyev «ən son aylar» ərzində Доnbasda atəş fəallığının artması barədə məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, bir gün ərzində separatçı qüvvələr «Qrad» yaylım atəşli reaktiv sistemlərdən, atıcı silahlardan, minaatanlardan, qumbaralardan istifadə etməklə atəşkəs rejimini 175 dəfə pozub.