18.08.2015/09:54; Kremldə etiraf ediblər ki, Mərkəzi Bank rublun məzənnəsini saxlaya bilməz

etirafKremldə etiraf ediblər ki, Mərkəzi Bank rublun məzənnəsini saxlaya bilməz

Rusiya prezidentinin köməkçisi Andrey Belousov bildirib ki, 2013-ci ildə rublun möhkəmlənməsi üçün istifadə olunan valyuta ehtiyatları hazırda yoxdur, — Ria Novosti bu barədə xəbər verir.

Rublun məzənnəsi son həftələrdə kəskin şəkildə aşağı düşür. Dollar birjada 65,5 rubla, avro isə 73 rubla qədər artıb. Bu xammal bazarında xammalın həddindən artıq bolluğu və neftin qiymətlərinin azalması fonunda baş verir. Brent markalı neftin bir bareli 49 dollardan da aşağı səviyyədə satılır.