13.08.2015/06:05; Almaniyanın Kənd təsərrüfatı naziri Kristian Şmidt Rusiyada məhsulların məhv edilməsini «etik cəhətdən qəbuledilməz» adlandırıb

etikAlmaniyanın Kənd təsərrüfatı naziri Kristian Şmidt Rusiyada məhsulların məhv edilməsini «etik cəhətdən qəbuledilməz» adlandırıb

Almaniyanın Kənd təsərrüfatı naziri Kristian Şmidt Rusiyada məhsulların məhv edilməsini «etik cəhətdən qəbuledilməz» adlandırıb. «Bu gün dünyada insanlar ac qalırlar, ona görə də belə hərəkətlər ağlasığmazdır»,- «Alman dalğası» radiosu nazirin bu sözlərini sitat gətirir.

Kristian Şmidt Rusiya prezidentini ölkəyə ərzaq məhsulları göndərilməsinə qoyulan qadağanı zəiflətməyə çağırıb. Nazir böhranın həllinə kömək etmək təklifi verib.