10.08.2015/08:18; ABŞ-ın Rusiya ilə bağlı genişləndirilmiş sanksiyaları bu gündən fəaliyyətə başlayacaq

sanksiyaABŞ-ın Rusiya ilə bağlı genişləndirilmiş sanksiyaları bu gündən fəaliyyətə başlayacaq

Bu gündən etibarən ABŞ-ın Rusiya ilə bağlı genişləndirilmiş sanksiyaları fəaliyyətə başlayacaq. Sanksiyalardan kənarda qalan «qara siyahıların» fiqurantları olan şəxslər və təşkilatlar barəsində yeni məhdudiyyətlər tətbiq ediləcək.

Bu şəxslər rusiyalı biznesmenlər Boris Rottenberq və Gennadi Timçenko və eləcə də «Kalaşnikov» konserni ilə bağlı şəxslərdir. Siyahıya həmçinin İjevsk mexaniki zavodu və «İjmaş» konserni də düşüb.
ABŞ öz sanksiya siyahısına cəmi 11 fiziki və 15 hüquqi şəxsi salıb.