07.08.2015/07:41; Nastola kitabxanasında beynəlxalq foto sərgi

genceNastola kitabxanasında beynəlxalq foto sərgi

Nastola şəhərindən olan Jussi Hertti Azərbaycanda keçirilən “Gəncə Avropa Gənclərinin gözü ilə” adlı beynəlxalq fotoqrafiya layihəsində iştirak etmişdir. Layihə bir həftə davam etmiş və sonda çəkilən şəkillərdən ən yaxşıları seçilərək sərgi keçirilmişdir. Həmin şəkillər Avqust ayında Nastola şəhərinin kitabxanasında sərgilənəcəkdir.

Onun bu lahiyədə iştirakı özü üçün bir qədər gözlənilməz olmuşdur. Belə ki, Gəncə şəhəri Gənclər və İdman İdarəsində işləyən Zöhrab adlı dostu tərəfindən layihədə iştirakı üçün dəvət alan Yussiyə qərar vermək elə də çətin olmadı. Layihəyə 15 ölkənin 15 – dən çox fotoqrafı cəlb edilmişdir. Bundan əlavə layihədə yerli fotoqraflarda iştirak edirdilər.

-“Gəncə şəhəri 2016 – cı ilin Avropa Gənclər Paytaxtı seçilmişdir. İştirak etdiyim layihə ümumilikdə keçiriləcək 40 – dan çox layihənin ilki idi — Hertti deyir.

Hertti bildirir ki, layihənin məqsədlərindən biri də şəhərin avropalı gənclərin gözündə necə görünməsini öyrənmək idi. Bəs görəsən şəhər avropalı gənclərə necə təsir bağışlayıb?

-“Bəlkə də Gəncə dünyanın ən turistik şəhəri deyil, ancaq ümumilikdə həm arxitektura, həm də mədəniyyət baxımından çox unikaldır. Şəhər özündə bir çox mədəniyyətləri  özəlliklə də Türk, Sovet və Azərbaycan mədəniyyətlərini birləşdirir” – Hertti deyir və onuda vurğulayır ki, şəhər əhalisi son dərəcə çox qonaqpərvərdir.

Finlandiyalı Hertti həmçinin şəhərin bəzi ekzotik yerlərində də olmuşdur. Şəhər kənarı gəzintiləri zamanı yerli insanlar ona yaxınlaşaraq onunla şəkil çəkdiriblər.

Yerli insanların şəkilləri

Hertti Azərbaycana gedərkən yeni başlayan fotoqrafçı idi. Gəncədəki yerli peşəkar fotoqrafçılar avropadan gəlmiş yeni başlayan fotoqrafçılara qısa seminar keçmiş və onlara bu sənətin sirlərini aşılamışdılar. Səfəri zamanı Hertti daha çox yerli insanların, gənclərin şəkillərini çəkməyə önəm vermişdir.

Beləliklə, Hertti İyul ayının bir həftəsini Azərbaycanda keçirdi. Layihənin sonunda, yuxarıda qeyd edildiyi kimi ən yaxşı 50 şəkil münsiflər heyəti tərəfindən seçilərək sərgidə təqdim edildi. Sərgidə bütün iştirakçıların işləri təqdim edilmişdir. Sərgilənən şəkillərin arasında Hertti’nində iki şəkili yer almışdır.

-“Ola bilsin ki, sərgilənən 50 şəklin hamısını Nastola şəhərinin kitabxanasına sığdırmaq mümkün olmasın. Ona görə də sərgi biraz məhdud, ancaq hər kəsin izləməsi üçün 1 ay ərzində təşkil olunacaq” – deyə Yussi qeyd edir.

Herttiyə görə Azərbaycana səfər onun üçün əla təcrübə olub və bir çox yeni insanlarla əlaqəlar qurmaqda ona köməklik edibdir.

-“Mən qazandığım təcrübəni heç nəyə dəyişmərəm” – o vurğulayır.

Sonda, sərgi Avqust ayı boyunca Nastola şəhərinin mərkəzi kitabxanasında təşkil ediləcək. Bütün maraqlı şəxsləri Yussi sərgiyə tamaşa etməyə dəvət edir.

Məqaləni ingiliscədən Zöhrab Xasiyev tərcümə etdi