05.08.2015/08:10;ABŞ Konqresində İranla sövdələşmənin rədd edilməsini təklif ediblər

teklifABŞ Konqresində İranla sövdələşmənin rədd edilməsini təklif ediblər

Qətnamə layihəsi xarici əlaqələr üzrə nümayəndələr Palatasının komitəsinə təqdim olunub. Konqresmenlər sentyabrda səs verəcəklər. Bu barədə komitənin rəhbəri və sənədin müəllifi respublikaçı Ed Roys bildirib.

Onun sözlərinə görə, terrorçu adlandırdığı İranla sövdələşmə islam dövlətinə, həddən çox güzəştlər təqdim edir. Xatırladaq ki, İslam respublikası MAQATE müfəttişlərini öz nüvə obyektlərinə buraxmağa razılıq verib. Əvəzində İrana qarşı sanksiyalar geri götürüləcək.