21.07.2015/18:11; «Kobra-Pərviz» Çində yenə qalib gəldi

«Kobra-Pərviz» Çində yenə qalib gəldi

 

«Kobra-Pərviz» ləqəbi ilə tanınan Azərbaycanlı kikboksçu Pərviz Abdullayev 39-cu dəfə qalib olub.

Çinin Nanjinq şəhərində  kikboksinq üzrə reytinq xarakterli  peşəkar “Kunlun Fight Series” turnirində Azərbaycanı təmsil edən Fövqaladə Hallar Nazirliyinin  əməkdaşı, “Qəbələ” İdman Klubunun idmançısı, kikboksçu Kobra ləqəbli Pərviz Abdullayev rəqibi yerli idmançı Zhang Zhaoguandan 3 raund ərzində üstün olub. İkinci raundda kikbosçumuz rəqibi Zhang Zhaoguanı iki dəfə nokdaun edib. Sonuncu 3-cü raundda Kobra Pərviz tam üstünlüklə qələbə qazanıb.

Qeyd edək ki, kikboks üzrə beş qat dünya çempiyonu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi  42 doyüşündən  artıq 39-da qalib gəlib,  bunlardan 13-ü nokautla.

Pərviz Abdullayev bundan əvvəl müsahibəsində bildirmişdi ki, bu döyüşə bir neçə aylardı məşqçisi Mehman Umudov və Fövqaladə Hallar Nazirliyinin  rəisi polkovnik Fizuli Musayevin rəhbərliyi altında hazırlaşıb. Həmçinin idmançı mütamadi olaraq “12 May Cobra” kikboks idman cəmiyyətinin təşkilatşılığı ilə keçirilən məşqlərdə də iştirak edib.