03.06.2015/ 08:58; İngiltərə Futbol assosiasiyasının rəhbəri Qreq Dayk 2018 və 2022-ci illərdə Rusiya və Qətərdə dünya çempionatlarının keçirilməsinə yenidən baxmağa çağırıb

movqeİngiltərə Futbol assosiasiyasının rəhbəri Qreq Dayk 2018 və 2022-ci illərdə Rusiya və Qətərdə dünya çempionatlarının keçirilməsinə yenidən baxmağa çağırıb

İngiltərə Futbol assosiasiyasının rəhbəri Qreq Dayk 2018 və 2022-ci illərdə Rusiya və Qətərdə dünya çempionatlarının keçirilməsinə yenidən baxmağa çağırıb.

Onun sözlərinə görə, FİFA prezidenti Yozef Blatterin rəsmi istefasından sonra bu məsələnin müzakirəsinə qayıtmaq lazımdır. Ağ Evdə və Kremldə Blatterin istefasını şərh etməkdən imtina ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə bu barədə ətraflı məlumat yoxdur. Dövlət departamentinin nümayəndəsi Mari Xarf bildirib ki, ABŞ-ın Blatterin qərarı ilə heç bir əlaqəsi yoxdur, amerika hökumətinin FİFA prezidentinin kim olması məsələsi ilə bağlı heç bir mövqeyi yoxdur».