30.05.2015/ 08:05; Norveç Futbol Assosiasiyasının prezidenti İnqve Xallen futbol üzrə alternativ dünya çempionatının təşkilinin mümkün olduğunu bildirib

alternativNorveç Futbol assosiasiyasının prezidenti İnqve Xallen futbol üzrə alternativ dünya çempionatının təşkilinin mümkün olduğunu bildirib

Norveç Futbol assosiasiyasının prezidenti İnqve Xallen futbol üzrə alternativ dünya çempionatının təşkilinin mümkün olduğunu bildirib. «Vəziyyət siz fikirləşdiyinizdən də daha çox dramatikdir . FİFA və UEFA arasında münasibətlər çox dəyişəcək.

Ola bilsin ki, avropa komandalarının və digər qitələrin yığma komandalarının iştirak edə biləcəyi alternativ dünya çempionatı keçirilsin,- Norveçin NRK teleşirkətinə müsahibəsində Xallen belə deyib.
Xatırladaq ki, dünən FİFA -nın hazırkı prezidenti Yozef Blatter səsvermənin ikinci turunda onun rəqibi İordaniya şahzadəsi Əli bin əl-hüseynin iştirakdan imtina etməsi səbəbindən yenidən bu təşkilatın rəhbəri vəzifəsinə seçilib.
Seçkilərin birinci mərhələsində isveçrəli 133, əl-hüseyn isə 73 səs alıb. Üç bülleten etibarsız sayılıb. Blatter Beynəlxalq futbol federasiyasına 1998-ci ildən rəhbərlik edir. İndiki prezidentlik müddəti onun üçün beşinci olacaq.
Səsvermədən sonra FİFA-nın baş katibi təsdiq etmişdir ki, 2018-ci il dünya çempionatı Rusiyada keçiriləcək.