26.05.2015/ 07:43; Çin dünyada ən yaxşı pivəbişirən ölkə oldu

pivoÇin dünyada ən yaxşı pivəbişirən ölkə oldu

Euromonitor şirkətinin mütəxəssisləri planetdə ən məşhur pivəni müəyyən edən tədqiqat keçirmişlər. Tədqiqatın nəticələrinə görə Çində istehsal edilən Qlobal bazarda 5,7% payı olan Snow Beer içkisi bütün rəqiblərini arxada qoymuşdur.

Qeyd edək ki, reytinq istehsalçıların qlobal bazarda payları haqqında məlumatlara əsasən yaradılmışdır.

İkinci yeri də Çin istehsalçıları – Tsingtao pivəsi tutmuşdur. Onların qlobal bazarda payları 2,8% təşkil etmişdir.

Amerikanın Bud Light pivəsi liderlər üçlüyünü bağlamışdır.

Qeyd etmək lazımdır ki, Budweiser (ABŞ), Heineken (Niderland), Harbin (Koreya Xalq Respublikası), Brahma (Braziliya), Coors Light (ABŞ) və Yanjing (Çin) piyvələri də birinci ən yaxşı onluğa daxil ola bilmişlər.