25.05.2015/ 08:02; Amerikalı hərbçilər terrorçular ilə mübarizədə uğursuzluqlara görə öz iraqlı həmkarlarını tənqid edirlər

rehberAmerikalı hərbçilər terrorçular ilə mübarizədə uğursuzluqlara görə öz iraqlı həmkarlarını tənqid edirlər

Pentaqonun başçısı Eşton Karterin fikrincə, hərbçilər İraq «İslam dövləti» qruplaşması ilə müharibə etmək istəyi ilə yanmır. Ramadi şəhərinə radikal islamçıların hücumunun dayandırıla bilməməsini o belə izah ediib.

Bu zaman İraq bölmələri sayca düşməndən xeyli üstün olub. CNN-ə müsahibəsində Karter belə vurğulayıb. İraq parlamentində isə buna cavab olaraq bildirmişlər ki, Vaşinqton Bağdada «havadan keyfiyyətli avadanlıq və silahla səmərəli dəstək» verə bilməyib.