08.05.2015/ 07:42; Ukrayna prezidenti Pyotr Poroşenko mayın 9-da Moskvaya gəlməkdən imtina edən dövlət başçılarına minnətdarlığını bildirib

minnetdarliqUkrayna prezidenti Pyotr Poroşenko mayın 9-da Moskvaya gəlməkdən imtina edən dövlət başçılarına minnətdarlığını bildirib

Ukrayna prezidenti Pyotr Poroşenko mayın 9-da Moskvaya gəlməkdən imtina edən dövlət başçılarına minnətdarlığını bildirib. Onun sözlərinə görə, Rusiya paytaxtındakı paradda Ukraynanın şərqində istifadə olunan silah nümayiş olunacaq.

Xəbər verildiyi kimi, bir çox qərb liderləri qələbə günü münasibətilə Moskvada təşkil olunan şənliklərə gəlməkdən imtina ediblər. Onlar bunu Ukrayna barəsində Rusiyanın hərəkətləri ilə razılaşmamaqla izah ediblər.
Eyni zamanda beynəlxalq məsələlər üzrə Rusiyanın dövlət duması komitəsində əmindirlər ki, mayın 9-da Qələbə paradının keçirilməsinin beynəlxalq boykotu baş tutmayıb. Öz növbəsində Rusiya tərəfi Donbasda separatçıları dəstəkləməkdə ittihamı dəfələrlə təkzib edib.