06.05.2015/19:41; Daşkəsən məktəbləri arasında «Mini-futbol» idman növü üzrə rayon birinciliyi keçirilmişdir

futbolDaşkəsən məktəbləri arasında «Mini-futbol» idman növü üzrə rayon birinciliyi keçirilmişdir

Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına uyğun olaraq, YAP Daşkəsən rayon təşkilatı, həmçinin  Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ümumtəhsil orta məktəblərin şagirdləri arasında «Mini-futbol» idman növü üzrə rayon birinciliyinə start verilmişdir. Oyunlarda iştirak edən 10 komanda arasında Quşçu kənd tam orta məktəbi birinci yerə, Nəsimi adına 1 saylı tam orta məktəbi ikinci yerə, A.Mürsəlov adına 2 saylı tam orta məktəbi isə üçüncü yerə layiq görülmüşdür.

Qalib gəlmiş komandalar kubok və diplomlar ilə mükafatlandırılmışlar.