11.02.2015/ 07:17; Daşkəsən rayonunda 2014-cü il çox böyük uğurlar və nailiyyətlərlə yadda qalmışdır

hesabatDaşkəsən rayonunda 2014-cü il çox böyük uğurlar və  nailiyyətlərlə yadda qalmışdır

Bu gün Daşkəsən rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağıkeçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış  abidəsi önünə gül dəstələri qoymuş, sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başlamışdır. Toplantı iştirakçıları rayonda 2014-cü ildə əldə olunmuş nəticələrə və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş filmə baxmışlar.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, bizDaşkəsən rayon ictimaiyyətinin nümayəndələri rayonumuzda2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə etmək üçün toplanmışıq. Qeyd etməliyəm ki, müzakirəsinə toplaşdığımız 2014-cü hesabat ili bütövlükdə respublikamız üçün,  eləcə də onun dilbər guşələrindən  olan Daşkəsən rayonu üçün xüsusilə əhəmiyyətli və yaddaqalan olmuşdur.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ötən il rayonumuza səfəri və görülən işlərlə bilavasitə tanışlıq hər birimizdə şərəf hissi və qürur doğurur. Bu səfər zamanı biz ali rəhbər qarşısında ötən illər ərzində rayonumuzda görülən işlərin hesabatını verdik. Düşünürəm ki, bu məqam rayonumuzun tarixində və hər birimizin həyatında xüsusi bir səhifə olacaqdır.

2014-cü il Daşkəsən rayonunda genişmiqyaslı işlər görülmüş, xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan dinamik inkişaf tempini qoruyub saxlamış, iqtisadi və sosial proqramlar yüksək səviyyədə yerinə yetirilmiş, ölkəmiz və hətta deyərdim ki, bütövlükdə regional və daha qlobal əhəmiyyətə malik böyük layihələr uğurla icra olunmuşdur. 2003-cü ildən başlayaraq ötən hər il Azərbaycan xalqının və dövlətinin tarixinə qızıl hərflərlə yazılmış, başa vurduğumuz hər il tarixi hadisələr və naliyyətlərlə yaddaşlarda qalmışdır. 2014-cü il də xalqımızın tarixində həyati bir dövr olmuş və bir sıra parametrləri ilə daha fərqli və daha zəngin olmuşdur. Bütün bu nailiyyətlər isə təbii ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmışdır. Bu gün biz hər birimiz Azərbaycanın uğurlarına, hər birimizin şəxsi həyatında baş verən uğurlara, müsbət dəyişikliklərə görə cənab Prezident İlham Əliyevə minnətdarıq.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısıcənab Əhəd Abıyev çıxışına davam edərək demişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycanın ötən il ərzində qazandığı uğurlar geniş və əhatəli təhlil edilmiş, bu çıxışda eyni zamanda üzərimizə böyük məsuliyyət və vəzifələr qoyulmuşdur.  Cənab Prezident İlham Əliyev  2014-cü ilin yekunlarını təhlil edərək bildirmişdir: “Keçən il dünyada və bölgədə müxtəlif proseslər baş vermiş, gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır.

Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparır. Keçən il həm qonşu, həm də Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün böyük işlər görülmüşdür. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır.

Regional məsələlərin həllində Azərbaycanın rolu əvəzolunmazdır. Ölkəmiz bir çox təşəbbüslərin müəllifidir. Bu təşəbbüslər real layihələrə çevrilir və onların icrası bizim imkanlarımızı artırır, ölkəmizə siyasi və iqtisadi dividendlər gətirir.”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə toxunan cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçmişdir və heç kimə sirr deyil ki, bu ölkə sülh istəmir. İşğalçı dövlətə təzyiq göstərilməlidir və o, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Dünyada elə qüvvələr var ki, onlar maraqlıdırlar ki, bu münaqişə dondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər.

Prezident İlham Əliyev qeyd etmişdir: “2014-cü ildə ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir. İqtisadiyyatımız təxminən 3 faiz artmışdır. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir.

İnflyasiya çox aşağı səviyyədə olmuşdur — 1,4 faiz. Əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.   

Təbii ki, Prezident İlham Əliyevin nitqində söylədiyi bu fikirlər Azərbaycanın bugünün reallıqlarıdır. Dövlət başçımızın rəqəmlərlə ifadə etdiyi bu möhtəşəm uğurlar hər birimizi sevindirir və gələcək nailliyyətlərə daha da həvəsləndirir. Bu uğurlar bizi sevindirdiyi kimi, hər birimizi daha məsuliyyətli olmağa sövq edir, hər birimizin üzərinə eyni zamanda daha böyük vəzifələr qoyur.

Qeyd etməliyəm ki, bütövlükdə respublikamızda olduğu kimi, Daşkəsən rayonunda da 2014-cü ildə bir çox uğurlu işlər görülmüş və  nailiyyətlər  əldə olunmuşdur.

İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra bildirmişdir ki, 2014-cü ildə Daşkəsən rayonunda iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə  artmışdır.

Ümumi məhsul buraxılışında 2013-cü illə müqayisədə 2014-cü ildə kənd təsərrüfatı məhsulları 271884,7 min manat (0,7% çox), nəqliyyat üzrə  2736,9  min manat (4% çox), ticarət xidmətləri üzrə   14538,3 min manat (3,6% çox), rabitə xidmətləri üzrə  239,8 min manat (31,4% çox)  olmuşdur.

Hesabat ilində  rayonda ümumi məhsul buraxılışında qeyri — dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir.

  Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi baza möhkəmləndirilmiş, dövlət tərəfindən hərtərəfli dəstək verilmişdir.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda 2013-cü ildə  34 sahibkara 501 min manat, 2014-cü ildə isə 49 sahibkara 637 min manat məbləğində güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına  2013-cü ildə  59, 2014-cü ildə isə  85  yeni iş yeri açılmışdır.

Ümumilikdə rayon üzrə 2013-cü ildə 220 daimi olmaqla  259, 2014-cü ildə isə  213 daimi olmaqla 328 yeni iş yeri açılmışdır.

2014-cü il ərzində 500 nəfər rayon ərazisində  mövsümü təmir-tikinti işlərinə cəlb  olunmuşdur.

2014-cü ildə rayonda sənaye müəssisələrində çalışan  bir işçiyə düşən orta aylıq  nominaləmək haqqı 345 manat, dövlət sektorunda isə 355,5 manat təşkil etmişdir.

2014-cü ildə rayonun  büdcəsinin icrası gəlirlər üzrə 99,9 faiz, xərclər üzrə    96,7 faiz yerinə  yetirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli Sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan edilmişdi.

Çox hörmətli Prezidentimiz  İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən bundan sonra da sürətlə inkişaf edəcəkdir.

Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması Daşkəsən Filizsaflaşdırma müəssisəsinin yeni fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  2014-cü il 12 mart  tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında   2014-cü ilin  “Sənaye ili” elan edilməsi ilə bağlı 45 bənddən ibarət 2014-cü il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı təsdiq edilmişdir.

2014-cü ilin iyunun 27-də “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin struktur vahidi olan  “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhimdar Cəmiyyəti  ilə Belarus Respublikasının “BelAZ” Açıq Səhimdar Cəmiyyəti arasında lizinq  və zəmanət müqavilələri imzalanmışdır.

Müqaviləyə əsasən “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin 12 ədəd yeni “BelAZ” markalı karxana yük avtomobili alınmışdır.  Həmin  maşınlardan  dəmir  filizi  hasilatında   istifadə ediləcək , bununla da hasil olunan filizin maya dəyərinin 20 faiz  aşağı düşməsinə imkan yaranacaqdır.

Cari ilin mart ayından müəssisədə aparılan  təmir-bərpa, yenidənqurma işləri ilə əlaqədar 300 nəfərin işə qəbul olunması nəzərdə tutulur. Bu, rayonda işsizliyin aradan qaldırılmasına öz müsbət təsirini  göstərəcəkdir.

Hesabat dövründə Çovdar qızıl zavodu istismara tam hazır vəziyyətə gətirilmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısıböyük hörmətlə bildirmişdir ki, 2014-cü ilin  oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  xanımı Mehriban Əliyeva ilə birlikdə Daşkəsən rayonuna unudulmaz tarixi səfər etmişlər.

Ali qonaqlar həmin səfər zamanı əsaslı təmir edilmiş Heydər Əliyev Mərkəzində olmuş;

Daşkəsən rayon İcra  Hakimiyyətinin yeni inzibati  binasının;

Avtovağzal kompleksinin;

Gənclərin təlim və istirahət mərkəzinin  açılışlarında iştirak etmişlər.

Səfər bütün daşkəsənlilərin böyük sevincinə səbəb olmuş, onların  yaradıb-qurmaq əzmini daha da artırmışdır.

“Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2014-cü il tarixli 790 nömrəli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılmışdır.

Bütün daşkəsənlilər adından və şəxsən öz adımdan  rayonumuza ardıcıl göstərilən diqqət və qayğıya görə  möhtərəm Prezidentimiz cənab İlham Əliyevə  dərin minnətdarlığımı  bildirirəm.

Eyni zamanda rayonumuzda mövcud olan problemlərin  həlli ilə əlaqədar məktubla müraciətimizə baxılmış,  şəxsən cənab Prezidentimiz tərəfindən verilmiş tapşırığa əsasən Prezident Administrasiyasında, Nazirlər kabinetində, nazirliklərdə, komitə və şirkətlərdə  aidiyyəti üzrə tədbirlər  görülür. Rayonumuzda sosial-iqtisadi və davamlı inkişaf üçün  layihələrin, proqramların həyata keçirilməsi istiqamətində işlər aparılır.

2014-cü il ərzində  rayon ərazisində  bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.

—       Statistika  idarəsinin inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir;

—       Quşçu qəsəbəsində qəza  vəziyyətində olan binanın sakinlərinin  köçürülməsi üçün 16 mənzilli  yaşayış binasının tikintisi başa çatdırılmışdır;

—        S.Vurğun adına 4 saylı şəhər, Alunitdağ qəsəbə, Kəmərqaya, Astaf kənd tam, Əhmədli, Xoşbulaq kənd ümumi orta məktəblərində və Quşçu kənd uşaq bağçasında, Qabaqtəpə kənd xəstəxanasında, Zəylik və Çovdar tibb məntəqələrində Xoşbulaq 2 saylı kitabxanasında, Qazaxyolçular kənd klubunda  və Quşçu kənd mədəniyyət evində təmir işləri  aparılmışdır.

—       Daşkəsən-Xoşbulaq avtomobil yolu əsaslı təmir olunmuşdur;

—       Daşkəsən şəhərinin girəcəyindən başlamaqla  Heydər Əliyev prospektinə və Heydər Əliyev meydanına və bəzi küçələrə yeni asfalt örtüyü salınmışdır;

—       Şəhərin girəcəyində Mərkəzi Kitabxana əsaslı təmir olunmuşdur;

—       Daşkəsən  rayonu ərazisində yerləşən 2 ədəd dəmir yolu körpüləri əsaslı təmir olunmuşdur;

—       Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyanın tikintisi  davam etdirilmişdir;

—       Yeni yaradılacaq Kənd Təsərrüfatı idarəsinin inzibati binasının ikintisinə başlanılmış, hazırda da tikinti işləri davam etdirilir.

—       Daşkəsən şəhərində küçələrin  işıqlandırma sistemi yenidən qurulmuşdur.

Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri  aparılmışdır.

Daşkəsən şəhərində 136-dan artıq çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəmir lövhələrlə əvəz olunmuş və hazırda bu işlər davam etdirilir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı daha sonra vurğulamışdır ki, Daşkəsən şəhərində  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli  yaşayış binasının tikintisi üçün  torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.

Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən  aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə dəDaşkəsən rayonunda  yeni müəssisələrin yaradılması və bir   sıra irimiqyaslı  tikinti, təmir — bərpa  işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində  aidiyyəti üzrə  respublika tabeli  qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində  əlverişli şərait vardır.

Azərbaycan  Respublikası  Prezidentinin 2014-cü il 27 fevral tarixli,118 nömrəli  Fərmanı ilə «Azərbaycan Respublikası  regionlarının   2014-2018-ci  illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»təsdiq edilmişdir. Dövlət Proqramınıntədbirlər  planında  Daşkəsən rayonuna aid   25 tədbir nəzərdə  tutulmuşdur.

Bu  tədbirlərin  5-i ölkə  əhəmiyyətli, 3-ü  Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən  rayonu  bölmələrində qeyd edilmişdir.

“Yeni Daşkəsən” layihəsi  işlənib elmi əsaslarla  hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin  həlli layihədə əsas vəzifə kimi   qarşıya  qoyulmuşdur.

Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, “Yeni Daşkəsən” layihəsi ilə  əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti  nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə daimi nəzarətdə olmaqla əlaqələr saxlanılır.  Artıq Azərbaycan  Respublikasının Nazirlər  Kabinetində  müvafiq qaydada  baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli  barədə aidiyyəti üzrə  nazirliklər, digər qurumlar   tərəfindən yazılı surətdə müsbət rəylər  alınmışdır.

Hazırda  həmin istiqamətdə işlər davam etdirilir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısıcənab Əhəd Abıyev daha sonra tədbir iştirakçılarının diqqətinə çatdıraraq vurğuladı ki,  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Məlumdur ki, dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına daimi diqqət və qayğı göstərilir.

“Arıçılıq haqqında”  qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin  saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq  2014-cü il  ərzində də arıçılığın  inkişafı üçün  tədbirlər davam  etdirilmişdir.

Torpaqların  hərrac vasitəsilə  vətəndaşlara verilməsi üçün rayonda komissiya yaradılmışdır.

Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunmasının Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi haqqında 1344 saylı, 27.12.2012-ci il tarixli məktubla  Azərbaycan Respublikasının Baş Nazirinə  müraciət etmişdik.

Daşkəsənin yay otlaqları  bu rayonun milli sərvətidir. Lakin rayon bu  sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, uzun müddət  rayonumuzda böyük problemlər olmaqla qarşıdurma yaranırdı, krinimal hadisələr baş verirdi, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu.  Çünki  yuxarıda qeyd edildiyi kimi  rayonun ərazisində yerləşən  yay otlaqları (rayonun inzibati ərazisində mövsud olan 31706 hektar yay otlağının böyük bir hissəsi 27393 hektar olmaqla ətraf rayonlara təhkim edilmişdir) sovetlər dövründə kolxoz və sovxozları inkişaf etdirmək məqsədilə qonşu   7 rayon arasında bölüşdürülmüşdü.

Daşkəsən rayonunun  ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun  və səmərəli istifadənin təmin edilməsi, habelə onların  mühafizəsinə   nəzarətin  gücləndirilməsi məqsədilə  Daşkəsən rayonununərazisindən digər  rayonların istiafdəsinə verilmiş Dövlət fondu  yay otlaq  sahələrinin  Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə   verilməsi   xahiş   olunmuş,   məhz  çox  hörmətli Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən məsələyə   baxılaraq, müraciət  müsbət  həll olunmuş, bu barədə  Nazirlər Kabineti müvafiq sərəncam  vermişdir.

2014-cü ildə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi  Mərkəzinə  ünvanlı sosial yardım almaq üçün  müraciət edən 803 ailədən  qanuna müvafiq olaraq  736 aztəminatlı ailəyə (3060 nəfər ailə üzvünə) ünvanlı  Dövlət sosial yardımı təyin olunmuşdur.

Ümumilikdə hesabat ilində  aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox tədbirlər həyata keçirilmişdir.  Pensiya və müavinətlərin vaxtında və ödənişin mütərəqqi üsullarla əhaliyə çatdırılması  sahəsində xeyli işlər görülmüşdür.

Belə ki, pensiya və müavinətlərin bankomatlarla  verilməsi üçün  Daşkəsən şəhərində bankomatlar quraşdırılmış, hazırda  pensiya müavinət alanların hamısının ödənişləri həmin bankomatlardan alınır.

Bu sahədə mövcud vəziyyətin  daha da yaxşılaşdırılması  məqsədilə bəzi yaşayış məntəqələrində də Quşçu və Xoşbulaq kəndləri ərazisində Beynəlxalq Bankın bankomatlarının quraşdırılması və yaxud rayonda səyyari bankomatların tətbiqinə   ehtiyac vardır.

2014-cü ildə  rayon üzrə iqtisadi fəal əhali 18 min 819 nəfər olmuş, onlardan məşğul əhali 18 min 154 nəfərdir. 2014-cü ildə  əhaliyə xidmət göstərən ticarət, nəqliyyat, rabitə və məişət xidmətləri sahəsində bir sıra işlər görülmüşdür. Bir çox ticarət obyektləri müasir formada yenidən qurulmuş, yeni ticarət obyektləri,yeni məişət kompleksi yaradılmışdır.

2014-cü il  ərzində   Rayon Telekommunikasiya Qovşağı üzrə aşağıda qeyd edilən tədbirlər yerinə yetirilmişdir.

2014-cü il ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən geniş zolaqlı internet xidməti 263 portdan  729  porta çatdırılmışdır.

Hesabat ilində rayon icra hakimiyyətində və Rayon İcra Hakimiyyəti Başçısının Şəhər, Zağalı, Bayan və Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində operativ idarəetmə mərkəzləri  yaradılmışdır və bu sahədə əlavə tədbirlər həyata keçirilir.

2014-cü ilərzində   22 saylı Yol İstismar  idarəsi  tərəfindən bir sıra işlər  görülmüşdür. Belə ki,  yolların saxlanması və təmiri üzrə 1 milyon 133 min manatlıq  iş görülmüşdür.

3300 nəfər əhalinin yaşadığı  9 yaşayış məntəqəsini  birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər  aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi  «Azərbaycan Respublikası  regionlarının   2014-2018-ci  illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na daxil  edilmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev digər uğurlardan və nailiyyətlərdən də danışaraq vurğulamışdır ki,  Daşkəsən rayonunda  enerji daşıyıcılarından və içməli sudan   səmərəli istifadə edilməsi  və onların  dəyərinin ödənilməsi üzrə   rayon İcra Hakimiyyəti  Başçısı yanında yaradılmış qərargahın  fəaliyyəti daha da gücləndirilmişdir. Əhalinin  elektrik enerjisi, qazvə içməli su ilə  təchizatı vəziyyətinin yaxşılaşdırılması məqəsədilə  daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.

Qaz İstismar Sahəsi üzrə 2014-cü il  ərzində əhaliyə  verilən təbii qazın dəyərinin ödənilməsi 100%,  ümumi ödəmə  üzrə isə göstərici 95,6% olmuşdur.Hesabatilində istehlakçılara23,9 milyon kvt.saat  elektrik enerjisi verilmiş, dəyəri 78,9%   (2013-cü ildə 78,4%), əhali qrupu üzrə ödəmə isə 100,4% (2013-cü ildə 100,1%) ödənilmişdir.

Bu sahədə aparılan struktur dəyişikliyi bu sahədəki işlərə müsbət təsir göstərməlidir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı narazılığını bildirərək qeyd etmişdir ki, hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur.

“Azəriqaz” İstehsalat  Birliyinin baş direktoru Əkbər Hacıyevin  29 dekabr 2014-cü il tarixli ilə məktubu ilə 2015-ci ildə Daşkəsən rayonunun Xoşbulaq, Qazaxyolçular, Zağalı və Qaraqollar  kəndlərinin qazlaşdırılmasının nəzərdə tutulduğu  bildirilmişdir.

Həmin işlərin sürətləndirilməsi olduqca vacibdir.

Daşkəsən rayon Sukanal idarəsi üzrə 2014-cü il ərzində  müəyyən işlər görülmüşdür.

Lakin son vaxtlar havaların  qarlı və şaxtalı keçməsi ilə əlaqədar şəhər əhalisinə içməli suyun verilməsində bir sıra problemlər yaranmışdır.

Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya  xidmətləri üzrə ikinci Layihə”nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün elan olunmuş tender 2014-cü ilin noyabr ayının 12-də başa çatmışdır.

Layihənin həyata keçirilməsinin sürətləndirilməsi üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aidiyyəti üzrə müraciətlər olunmuşdur.

Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində  Daşkəsən şəhərinin  əhalisi  fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə  təmin olunacaqdır.

10 iyun 2014-cü il tarixdəDaşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət güclü dolu  və küləklə  müşayiət olunan  yağan leysan yağışlarının  nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına,  fərdi yaşayış evlərinə,  yol,  elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəymişdir. Rayonun daxili imkanlar hesabına  və Fövqəladə Hallar Nazirliyinin yardımı ilə dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə  bir sıra işlər görülmüşdür.

2013-2014-cü tədris ilində  ümumtəhsil məktəblərinin XI siniflərində 242 şagird təhsil  almışdır.   Buraxılış imtahanlarından müsbət yekun qiymətlər  aldıqları üçün  242 nəfər şagird  orta məktəbi  müvəffəqiyyətlə  başa vurub  orta təhsil haqqında attestat almışdır.  45 nəfər  Respublikanın müxtəlif ali və  orta ixtisas məktəblərinə  qəbul olmuşdur.

Heydər Əliyev mərkəzinə 2014-cü il ərzində  kollektiv və fərdi  qaydada 6500 nəfər ekskursiyaya gələnlər olmuşdur. Muzeydə komputer və ingilis dili kursları  fəaliyyət göstərmiş və il ərzində gənclərin nigah mərasimləri,   müxtəlif  məzmunda  tarix dərsləri və digər tədbirlər  keçirilmişdir.

Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2014-cü ilin fevral ayının 17-dən 01 may 2014-cü il tarixə kimi  ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə təşkil edilmişdir. Həmin tapşırığa əsasən rayon əhalisinin tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.

Bu il Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Təşkilat Komitəsi bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.

2014-cü  ildə dövrü olaraq Daşkəsən rayon İcra  Hakimiyyəti  aparatının orqanı olan «Daşkəsən» qəzeti çap edilmişdir.  Rayonda  ictimai-siyasi işin təşkilində  «Daşkəsən» qəzetinin imkanlarından  istifadə  olunmuşdur.

2014-cü ildə  Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin  Yardım Fonduna  Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, şəhər, qəsəbə və kənd icra nümayəndəliyi, bələdiyyələr və sahibkarlar tərəfindən 14 min 282 manat məbləğində  vəsait ödənilmişdir.

Rayon İcra Hakimiyyətinin  və  əlaqədar  orqan və təşkilatların  yaxından  köməklikləri sayəsində Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi  2014-cü il ərzində 204 nəfər  gənci ordu sıralarına yola salmışdır. Beləliklə rayon üzrə  həqiqi hərbi xidmətə  çağırışın  nəzərdə tutulan göstəricisi  tam yerinə yetirilmişdir.

Gənclər arasında vətənpərvərlik  ruhunun  yüksəldilməsi məqsədilə “Şahin” hərbi idman oyunu  üzrə  yarışlar,  məktəblilərlə müharibə veteranlarının  görüşləri,  şagirdlər  arasında inşa yazıları,  rəsm müsabiqələri,   anma mərasimləri, rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə  müxtəlif  tədbirlər keçirilmişdir.

Hesabat dövrü ərzində, rayonda  ictimai əsayiş təmin olunmuş, kriminogen vəziyyət  daimi nəzarətdə  saxlanılmışdır. Vətəndaşların qanunsuz olaraq tutulması, həbsə alınması halları olmamışdır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək bildirdi ki, 2014-cü ilin  dekabr ayının 23-də  Azərbaycan Respublikasında  Bələdiyyə seçkiləri keçirilmişdir. Əvvəlki seçkilər kimi  bələdiyyə seçkisi də  Daşkəsən rayonunda  tam demokratik  və aşkarlıq şəraitində keçmiş, seçicilərin  46%-i seçkidə  iştirak etmiş  və  öz  istədikləri  namizədlərə  səs vermişlər. Ümumilikdə 19 bələdiyyəyə 145 nəfər bələdiyyə üzvü seçilmişdir.  Bələdiyyələrin birinci iclasları keçirilmiş  və hər bir bələdiyyə öz  sədrlərini seçmişdir. Seçilmiş bələdiyyə sədrlərindən 7 nəfəri qadınlar və 7 nəfəri gənclərdir. Bələdiyyə sədrlərindən 16 nəfəri YAP üzvü, 1 nəfəri Sosial Rifah partiyasının üzvü və 2 nəfəri isə bitərəfdir.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında təsdiq olunmuş qrafikə  uyğun olaraq yerlərdə keçirilmiş hesabat yığıncaqlarında 2106 nəfər iştirak etmiş, 194 nəfər çıxış  etmişdir. Cəmi  149 təklif irəli sürmüşdür.  Hesabat yığıncaqlarında bir sıra nöqsanlar aşkara çıxarılmış və onların aradan    qaldırılması üçün lazımı tapşırıqlar verilmişdir.

Ərazilərdə keçirilən hesabat yığıncaqlarında söylənilən fikirlərin, təklif  və tənqidi qeydlərin, qaldırılan problemlərin təhlilindən belə nəticəyə gəlmək olur ki, son bir ildə rayonda aparılan iri miqyaslı tikinti və abadlıq işləri, rayonun sosial-iqtisadi inkişafı əhali tərəfindən razılıqla qarşılanmışdır.

Hesabat dövründə rayon  İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasına diqqət daha da  artırılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşların səyyari    qəbulları ardıcıl olaraq   təşkil edilmiş, çoxsaylı  açıq qəbul günləri  keçirilmişdir.

2014-cü il ərzində  rayon İcra Hakimiyyətinə  707 (əvvlki ilə nisbətən 247 müraciət azalmışdır) yazılı müraciət daxil olmuşdur. O cümlədən 217 (əvvəlki ilə nisbətən 94 ərizə azalmış)ərizə Respublika Prezidentinin Administrasiyasından  və  99 ərizə mərkəzi icra orqanlarından daxil olmuşdur.  Ərizə   və  şikayətləri doğuran  səbəblər təhlil olunmuş, vətəndaşlara aidiyyəti üzrə cavablar  verilmişdir.

2014-cü il ərzində 53 yaşayış məntəqəsində səyyari qəbul  keçirilmiş, 2287 nəfər iştirak etmiş, 329 müraciət olunmuşdur.  Səyyari qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün  aidiyyəti üzrə  müvafiq tapşırıq və göstərişlər verilmişdir.

Yerlərdə vətəndaşların  qəbulunun yüksək səviyyədə  təşkili, mövcud problemlərin operativ həll edilməsi, maarifləndirmə, izahat işlərinin  genişləndirilməsi  üzrə  inzibati ərazi dairəsi üzrə  nümayəndələrə  tapşırıqlar  verilmişdir.

Rayonun sosial-iqtisadi göstəriciləri, səyyari qəbullar,  səlnamə barədə obyektiv  məlumatların  və aidiyyəti üzrə digər məlumatların müəyyən edilmiş forma və qrafikə uyğun olaraq  RİAİS sisteminə ötürülməsi  təmin olunmuşdur.

Elektron kargüzarlıq sisteminin yaradılması üzrə aidiyyəti üzrə işlər aparılır.

2014-cü ildə də Rayon İcra Hakimiyyəti Başçısı Aparatındakı  ayrı-ayrı komissiyalar aidiyyəti üzrə müvafiq əsasnamə və   təlimatlara  uyğun olaraq fəaliyyət göstərmişlər.

Hesabat ilində kadrların hazırlanması, seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması sahəsində  müəyyən işlər görülmüşdür.

Hesabat ilində qadınların və gənclərin işə  qəbul edilməsinə  diqqət artırılmış, rayon İcra Hakimiyyəti  Başçısı Aparatında  işçilərin orta  yaş səviyyəsi əvvəlki ilə nisbətən  aşağı salınmışdır.

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan iqtisadiyyatı ötən  il ərzində də sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionun lider dövləti statusunu xeyli dərəcədə möhkəmləndirmişdir.

Möhtərəm  Prezidentimiz  cənab İlham Əliyevyekun nitqində  demişdir:“Əgər bütün ölkələr öz daxili işləri ilə məşğul olsaydılar, başqa ölkələrin daxili işlərinə qarışmasaydılar və əsassız tələblər irəli sürməsəydilər, dünya daha da sabit olardı, təhlükəsizlik daha da çox təmin edilərdi. Hər halda biz Azərbaycanda öz işimizi görürük, görəcəyik və əminəm ki, 2015-ci ili də uğurla başa vuracağıq”.

Çıxışımın sonunda Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham  Əliyevi bir daha əmin  etmək istərdim ki,  bundan sonra da qarşıda  duran  vəzifələrin layiqincə yerinə  yetirilməsi üçün  daha yüksək əzmkarlıq göstərərək,  bütün  qüvvəmizi   səfərbər edib, var gücümüzlə çalışacağıq.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və Azərbaycan Respublikası   Prezidenti  Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.

Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 Sahib Əhmədov, Respublika Jurnalistlər Birliyinin üzvü