24.12.2014/08:15; Lukaşenko Minsk və Moskvanın münasibətlərində problemləri Putinlə müzakirə edib

hellLukaşenko Minsk və Moskvanın münasibətlərində problemləri Putinlə müzakirə edib

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya dövlətinin başçısı Vladimir Putinlə ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edib.

«Biz Vladimir Vladimiroviçlə belorus-рus münasibətləri ilə bağlı problemləri müzakirə etdik. Problemlər o qədər də mürəkkəb deyil» Moskvada Avroasiya İqtisadi Birliyi ölkələrinin zirvə toplantısının yekunları zamanı Lukaşenko belə bildirib. Lukaşenko onu da əlavə edib ki, vaxtilə olduğu kimi problemlər kompleks şəkildə həll olunur .