23.12.2014/19:13; Lukaşenko və Nazarbayev Ukraynaya maksimal dəstək, kömək etmək istədiklərini bildiriblər

21Lukaşenko və Nazarbayev Ukraynaya maksimal dəstək, kömək etmək istədiklərini bildiriblər

Bu yaxınlarda yaradılmış Gömrük ittifaqı məkanında kifayət qədər qəribə siyasi hadisələr baş verir.  Gömrük İttifaqına daxil olmayan Ukraynaya  ittifaqın digər iki üzvünün Qazaxıstan və Belorusun  olduqca gözlənilməz məhəbbət göstərməsi Rusiyada birmənalı şəkildə qarşılanmayıb.

Ukrayna prezidenti Pyotr Poroşenko  ilə görüş zamanı dövlət başçıları ölkəni bürüyən iqtisadi böhranın və hərbi-siyasi münaqişənin həllində ona hər cür yardım təklif edib.

«Ümid edirəm ki, biz müəyyən qərarlarda razılığa gəlsək və əlaqələndirici tədbirlər görə bilsək bu insanların qırılmasının dayandırılmasına səbəb» olacaq, — Qazaxıstan prezidenti Nursultan Nazarbayev Poroşenko ilə görüşü zamanı belə deyib.

Ukraynada baş verənlərə Belarus prezidenti Aleksandr Lukaşenko biganə qalmayıb. Bazar günü Kiyevə səfəri zamanı o deyib ki, Belarus Ukraynaya istənilən yardımı göstərməyə hazırdır. «Mən istəyirəm ki, Ukraynada hər şey yaxşı olsun, — deyə Lukaşenko bildirib. Çoxları bunu hansısa bir oyun kimi başa düşürlər. Mən bilirəm ki, siz bunu düzgün qəbul edirsiniz. Siz prezidentsiniz, sizin üçün ağırdır. Bu məni də ağrıdır. Mən də bundan üzülürəm. Ona görə də, mən sizə  əvvəllər də bildirmişəm:  əgər lazım olsa,  nəyə isə ehtiyac olarsa, biz sutka ərzində onu etməyə hazırıq. Açıq deyirəm, Ukrayna prezidenti bizdən hər nə xahiş edibsə,  biz onu yerinə yetirmişik. Və bundan sonra da belə olacaq».

Rusiya telekanallarının məlumatına görə, Rusiyanın yaxın müttəfiqlərinin Ukraynanın ünvanına belə bəyanatlar verməsi ilk baxışda  ən azı qəribə görünür.

Təəccüblü deyil ki, Rusiya siyasətçilərinin onun müttəfiqlərinin hərəkətlərinə reaksiyası çox da sevindirici olmayıb. Belarus və onun lideri haqqında danışan  Dumanın beynəlxalq məsələlər üzrə komitə sədri Aleksey Puşkov Vaşinqtonun Minsklə açıq dialoqa  getməsi haqqında  ABŞ dövlət katibinin müavininin bu yaxınlardakı bəyanatını tələsik yada salıb. «ABŞ ilə Miloşeviç, Qəddafi, Səddam Hüseyn dostluq etmək istəyirdilər. Onların taleyi məlumdur. İndi ABŞ Lukaşenkoya «yeni münasibətlər» təklif edir. Təcrübə — təhlükəlidir», — deputat öz Twitter səhifəsiində belə  yazıb.

Amma yenə də gözlənilmədən Astana və Minskin Kiyevə faktiki olaraq Moskvaya məhəl qoymadan yardım əlini uzatmağa can  atılmasına   tam  aydınlıq gətirilmir. Rusiya, Belarus və Qazaxıstannın Gömrük ittifaqı yaradılması üçün ciddi səylər qoymuş, Kremldə bütün bunlar barədə nə düşünmələri hələlik məlum deyil.

Adətən bu məsələ ilə bağlı  ekspert-politoloqların fikirləri fərqlidir. Belə ki, politoloq Sergey Markovun fikrincə, Lukaşenko və Nazarbayev hərəkətlərində antirus meylli heç nə yoxdur. Əksinə, onların bütün təşəbbüsləri Vladimir Putin ilə razılaşdırılıb.

«Mən güman edirəm ki, Ukraynanın barəsində Qazaxıstan və Belarus prezidentlərinin bu təşəbbüsləri Vladimir Putinlə  tam razılaşdırılıb və  ilk növbədə onlar  Petru Poroşenkoya köməyə göndərilmişlər. Bu təşəbbüslərin əsas məqsədi — Ukraynada  Poroşenkonun real hakimiyyət əldə etməsi durur», — Sergey Markov «Exo Moskvı» radiosunun efirində belə bildirib.

Ekspertin fikrincə, Pyotr Poroşenkonun Ukrayna prezidentliyini «təsdiq etməsi üçün» hakimiyyəti  xeyli dərəcədə məhduddur. Onun sözlərinə görə, ölkədə hakimiyyət nə  xalqa, nə də ki, Poroşenkoya deyil, polşalıların, amerikalıların və digər insanların təmsil olunduğu «xarici idarəetmə mərkəzinə» məxsusdur.

«Düşünürəmki, buxaricivətəndaşlarqrupuPoroşenkonunarzusunaziddolaraqAvakov, Turçinov, Yatsenyukkimimanyak-qatilləriadministrasiyadaməsulvəzifələrə təyinetmişlər. Və məndüşünürəmki, sülhə nailolmaq üçünUkraynadarealhakimiyyətinonunprezidentinə verilməsiRusiyanınmarağındadır. Məncə, Nazarbayevvə Lukaşenkonunsəyləribunayönəlib», — politoloqbelə bildirib.

Poroşenkonun özhərəkətlərində tammüstəqilolmamasınaheç bir şübhə yoxdur. LakinbuhaldaBelarusvə Qazaxıstanprezidentlərinin  ölkə üzərində nəzarətiqaytarmaqməsələsində Ukraynaprezidentinə köməkedə biləcəkləritamaydındeyil.

Belarus və Qazaxıstan liderlərinin Ukrayna prezidenti ilə əlaqələrində Siyasi Texnologiyalar Mərkəzinin idarə heyətinin sədri Boris Makarenko Rusiya üçün heç bir təhlükə  görmür. «Gömrük ittifaqı dövlətləri liderlərinin Ukrayna ilə belə əlaqələri tərəflərin bir-birini dinləməyi və anlamağı öyrənməyi baxımından Rusiya-Ukrayna münasibətlərinin normallaşması üçün faydalıdır», — o belə hesab edir.

Makarenkonun fikrincə, Kreml bu əlaqələrə müsbət yanaşmalı və ona hər cür  kömək etməlidır, belə ki, bu, Ukrayna ilə dialoqun qurulması üçün bir fürsətdir. «Moskvada və Kiyevdə bir-birinə etimad və anlaşma motivləri yoxdur. Əgər Nazarbayev və Lukaşenko Ukraynada Poroşenko ilə danışıqlardakı fikirlərini Kremllə bölüşsələr, burada  heç bir pis şey yoxdur», — ekspertin fikri belədir.

Politoloq Aleksey Malaşenko isə yaranmış vəziyyətdən daha qorxulu nəticələr  çıxarır. «Rusiya  təcrid olur — onun müttəfiqləri ondan tədricən uzaqlaşırlar. Son bir neçə ay ərzində bu, Rusiyaya vurulan ən ağrılı zərbədir», — ekspert belə bildirib.

Onun sözlərinə görə, Rusiyanın silahdaşları və tərəfdaşları  «yaxşı anlayır ki, onun rəhbərliyi səhv edir». «Heç kim Krımı Rusiyanın bir hissəsi kimi tanımayıb. Ümid edilirdi ki, zamanla hər şey yoluna düşəcək, lakin bu baş vermədi. İndi Belarus və Qazaxıstan ilk növbədə, Rusiyanın ambisiyaları ilə uzlaşmayan öz milli maraqlarına uyğun olaraq hərəkət edirlər- Malaşenko belə qeyd edib.

Daha bir ekspert — politoloq Arkadi Dubnov — Rusiyanın müttəfiqlərinin Ukraynaya qarşı hərəkətlərini iqtisadi vəziyyətlə bağlayır. Onun fikrincə, Qazaxıstan və Belarusun rəhbərləri Ukrayna ilə əməkdaşlığı bərpa etməklə,  Rusiyadakı böhranın təsirinin öz ölkələrinin iqtisadiyyatına yayılmamasına çalışırlar.

«Rusiya özünün düşdüyü dərin iqtisadi və maliyyə böhranına qonşu ölkələri də sövq edə bilər», — ekspert «Exo Moskvı Radiostansiyasının» efirində belə bildirib.

Dubnov hesab edir ki, mövcud  siyasi və iqtisadi böhran şəraitində Avrasiya iqtisadi ittifaqının qüvvəyə minməsi  mənasızdır. O yaxın vaxtlarda Avrasiya iqtisadi ittifaqının   yaradılması prosesini «tormozlamaq» barədə məsələ qaldırıla biləcəyini istisna etmir.

«Qazaxıstan — gələcəkdə Avrasiya iqtisadi ittifaqının əsas oyunçudur. Ukrayna potensial tərəfdaş olmağı dayandırdıqdan sonra İlk növbədə Qazaxıstan olmadan Avrasiya ittifaqı ola bilməz.  Hətta ilk növbədə Belarus deyil, Qazaxıstan olmadan    Avrasiya ittifaqı mövcud ola bilməz», — politoloq belə bildirib.

Dubnovun qənaətincə, Ukrayna ilə münasibətləri qaydaya salan  Nazarbayev, Qazaxıstanın maraqlarını «çox qətiyyətlə və ardıcıl şəkildə» müdafiə edir.  O hesab edir ki, bu baxımdan  Lukaşenkonun da hərəkətləri » aydın və başa düşüləndir». «Unutmaq olmaz ki,  Minsk Ukrayna məsələsi ilə bağlı danışıqlar prosesinin paytaxtıdır — buna görə Lukaşenkoya bu gün  Kiyevə söykənməsi və loyallıq nümayiş etdirməsi çox vacibdir, çünki ilk növbədə Moskva ilə kompromis axtarılması və güzəştə gedilməsi ondan asılı olacaq. Təbiidir ki, onun özünü Qərb üçün hər şeyi başa düşən «inteqrator» kimi göstərməsi vacibdir, -. Arkadi Dubnov belə qeyd edib.