23.12.2014/00:34; Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kiyevdə ukraynalı həmkarı Pyotr Poroşenko ilə danışıqlar aparıb

kompromis

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kiyevdə ukraynalı həmkarı Pyotr Poroşenko ilə danışıqlar aparıb

Nazarbayev Donbasda sülh prosesinin sürətləndirilməsi və iki ölkə arasında iqtisadi əməkdaşlığın bərpasına hər cür yardım etməyə hazır olduğunu bildirib.

«Biz həm Rusiyaya və həm də Ukraynaya müraciət edirik. Tərəflər Ukraynanın ərazi bütövlüyünü saxlamaqla birgə kompromis tapmaq üzərində düşünməli yaranmış şəraitdən çıxış yolu tapmalıdırlar.
Çünki bu vəziyyət qeyri-normaldır», — Qazaxıstan prezidenti belə bildirib.

«Qazaxıstan tərəfi Ukraynanın xüsusən də maliyyə sektorundakı mövqeyinə çox qəti şəkildə dəstək nümayiş etdirib və zənnimcə, əməkdaşlığın bütün sahələrinə yeni təkan verilməsi üçün indi bu çox vacibdir » — Ukrayna prezidenti belə vurğulayıb.

Bundan başqa, Qazaxıstan Ekibastus kömür yataqlarından Ukraynaya kömür göndərməyə razılaşıb. Ölkənin cənub-şərqində gedən hərbi əməliyyatlar səbəbindən Kiyev əksər kömür mədənlərindən məhrum olub və qışın gəlişi ilə bağlı İES-ləri yanacaqla təmin etmək məsələsi kəskin şəkildə ortaya çıxıb.
Ukrayna energetika və kömür sənayesi nazirinin müavini Aleksandr Svetelikanın məlumatına görə ukrayna İES-lərinin anbarlarında lazım olan 4-5 milyon ton kömür əvəzinə təxminən cəmi 1,5 mln. ton kömür qalır.