22.12.2014/07:35; Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynaya hər cür yardım göstərməyə söz verib

 

komekBelarus prezidenti Aleksandr Lukaşenko Ukraynaya hər cür yardım göstərməyə söz verib

Bu barədə o, ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşdə bildirib. «Əgər lazım gələrsə müraciət et, sənə sutka ərzində biz əlimizdən gələni edəcəyik», «Belta» agentliyi Belarus prezidentinin bu sözlərini sitat gətirib.

İki liderin görüşü Kiyevdə keçirilir. Bu gün Pyotr Poroşenko Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Belarus prezidentinə minnətdarlığını bildirib. Lukaşenko qeyd edib ki, son vaxtlar Minskinin Moskva ilə münasibətləri bəzi belarus məhsullarının Rusiyaya satışına qadağa qoyulması səbəbindən bir qədər soyuyub. Lukaşenko bunu «nalayiq davranış» adlandırıb və bu günlərdə Moskva ilə bütün hesablaşmaları xarici valyuta ilə həyata keçirməyi tələb edib.