19.12.2014/08:13; Ukrayna və Polşa vahid gömrük nəzarəti yaradacaq

vahidUkrayna və Polşa vahid gömrük nəzarəti yaradacaq

Ukrayna və Polşa dövlətləri bütün sərhəd buraxılış məntəqələrində birgə sərhəd və gömrük nəzarəti tətbiq etmək niyyətindədirlər, Lyublin şəhərində Ukrayna icmasının nümayəndələri ilə görüşdə Pyotr Poroşenko belə deyib.

«Biz razılığa gəldik ki, Ukraynanın bütün qərb sərhədi boyunca vahid sərhəd və gömrük buraxılış məntəqələri olmalıdır. Burada ukraynalı və polşalının birinci olması söhbəti olmamalıdır. Eyni zamanda növbələr də olmamalıdır», — Ukrayna prezidenti belə bildirib.