17.12.2014/07:45; Lukaşenko ölkələrarası münasibətlərə Rusiyanın aydınlıq gətirməsini xahiş edir

Russian President Putin meets with Belarusian counterpart Lukashenko in MinskLukaşenko ölkələrarası münasibətlərə Rusiyanın aydınlıq gətirməsini xahiş edir

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Moskvanın Minskə qarşı siyasətindən narahatdır və bu məsələ ilə bağlı hökumətdən izahat gözləyir.
«Mən hər halda, aydınlaşdırmaq istəyirəm ki, Rusiya Federasiyasının Belarus barəsində belə siyasət niyə lazımdır. Bu gün bizim şərq qardaşımızın bizə münasibəti bizi narahat etməyə bilməz. Amma biz hələlik bundan Rusiya prezidenti ilə danışıqlara qədər hansısa bir nəticə çıxarmırırq», — Minskdə Belarusun Təhlükəsizlik Şurasının iclasında Lukaşenko belə bildirib və vurğulayıb ki, Minsk «sadəcə məsələyə aydınlıq gətirilməsini istəyir».