14.05.2014/07:01; ABŞ Ukraynada prezident seçkilərinin təşkilinə qeyri-hökumət təşkilatlarının əməkdaşlarının qoşulmasını planlaşdırır

BSFABŞ Ukraynada prezident seçkilərinin təşkilinə qeyri-hökumət təşkilatlarının əməkdaşlarının qoşulmasını planlaşdırır

ABŞ Ukraynada prezident seçkilərinin təşkilinə qeyri-hökumət təşkilatları əməkdaşlarını cəlb etməyi planlaşdırılır. Bu barədə, ABŞ dövlət departamentinin strukturuna daxil olan beynəlxalq inkişaf üzrə ABŞ Agentliyinin nümayəndəsi İTAR-TASS-a bildirib.

O demişdir ki, söhbət Beynəlxalq Seçki Sistemləri Fondundan gedir. Fond, «azad və ədalətli seçkilərin» keçirilməsinə yardım göstərir.

Fond 1987-ci ildən bəri 135 dövlətdə işləyib. Bundan öncə ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland bəyan edib ki, «mürəkkəb şəraitdə seçkilərin təhlükəsizlik sahəsində təşkili edilməsi üçün ölkəsinə təcrübəli məsləhətçilərin göndərilməsini » Ukraynanın baş naziri Arseni Yatsenyuk Vaşinqtondan xahiş edib.

Sonradan məlum olub ki, Vaşinqton Ukraynada seçkilərin təşkilinə 11 mln. dollardan çox pul ayıracaq və ölkəyə 100 nəfər müşahidəçi göndərəcək.