13.05.2014/00:39; Ukrayna regionlarının müstəqilliyinin tanınması məsələsini BMT-yə üzv olan ölkələr həll edəcəklər

resmiUkrayna regionlarının müstəqilliyinin tanınması məsələsini BMT-yə üzv olan ölkələr həll edəcəklər

Ukrayna regionlarının müstəqilliyinin tanınması məsələsini BMT-nin baş katibi Pan Gi Mun deyil, bu ümumdünya təşkilatının üzvü olan ölkələr həll edəcəklər. Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik İTAR-TASS-ın müxbirinin sualını cavablandırarkən belə bir bəyanatla çıxış etmişdir.

«Ukrayna regionlarının müstəqilliyinin tanınması məsələsi ilə Baş Assambleyaya üzv olan ölkələr məşğul olur. Baş katib bu prosesdə iştirak etmir», — deyə o bildirib. Cüjarrik onu da bildirib ki, ümumdünya təşkilatının katibliyinə müstəqillik haqqında məsələnin müzakirəsinə sifariş daxil olmayıb.