11.05.2014/13:27; Səfər Karakoyunlu türk dünyası adından İlham Əliyevə təşəkkür etdi

memnunSəfər Karakoyunlu türk dünyası adından İlham Əliyevə təşəkkür etdi

İstanbul- Türkiyə-Azərbaycan Dərnəyinin başqanı Səfər Karakoyunlu : «İlham Əliyevə Türkiyədə və dünyanın bir çox yerlərində yaşayan türk qardaşlarımız adından, səsimizə səs verdiyi üçün təşəkkür edirəm».

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə  “Heydər Əliyev və Türk dünyası” adlı konfransında çıxış edən İstanbul- Türkiyə- Azərbaycan Dərnəyinin başqanı Səfər Karakoyunlu  ulu öndərin bütün türk dünyası qarşısında göstərdiyi fəaliyyətindən danışıb.

O,  bildirib ki, Azərbaycanın milli lideri Heydər Əliyevi nə qədər ansaq da, ona minnətdarlığımızı nə qədər bildirsək də yenə azdır:

» Azərbaycanda müstəqilliyin qurulmasında və bugünki Azərbaycanın bu səviyyəyə gəlməsində Heydər Əliyevin əməlləri çoxdur, onun qoyduğu hədəflər çox qısa zamanda Azərbaycan dövlətini dünya dövlətləri arasında yüksək səviyyəyə gətirmiş, Azərbaycan xalqının dəstək və milli iradəsi  ilə güclənən Azərbaycan Qafqazın parlayan ulduzuna çevirilmişdir. Həmçinin mən buradan Azərbaycanın cumhurbaşqanı sayın İlham Əliyevə Türkiyədə və dünyanın bir çox yerlərində yaşayan türk qardaşlarımız adından, səsimizə səs verdiyi üçün təşəkkür edirəm. Praqda zirvə toplantısında Türkiyəni  soyqrım iddiaları ilə suçlayan  Ermənistan cumhurbaşqanı  Sarksiyana “Türkiyə burda yoxdur amma mən burda varam deyərək” “iki dövlət bir millət”  sözünü sözdə deyil, əməldə sübut etdi. Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri də kədərimizdir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!»

Xatırladaq ki, Türkiyə Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə İstanbul- Türkiyə- Azərbaycan Dərnəyinin başqanı Səfər Karakoyunlu  «Aşıq Şəmşir Mədəniyyət» Ocağı İctimai Birliyi tərəfindən təşəkkürnamə diplomu ilə təltif edilib.