03.05.2014/01:02; BMT-nin Baş Katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman Ukraynadakı hadisələrlə bağlı gələn həftə Kiyevə səfər edəcək

FeltmanBMT-nin Baş Katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman Ukraynadakı hadisələrlə bağlı gələn həftə Kiyevə səfər edəcək

BMT-nin Baş Katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman Ukraynadakı hadisələrlə bağlı gələn həftə Kiyevə, sonra isə Moskvaya səfər edəcək.

Bu barədə o, BMT-nin Təhlükəsizlik Şurasının iclasında bildirib. Feltman qeyd edib ki, bu böhran yalnız diplomatik yolla nizama salına bilər.

Onun sözlərinə görə, bütün tərəflər aprelin 17-də Cenevrə görüşündə olduğu kimi kompromisə gəlmək üçün öz səylərini ikiqat artırmalıdır.