30.04.2014/00:36; ABŞ kəşfiyyatı Ukraynanın şərq regionlarında rus agentlərinin telefon danışıqlarını tutur

keshfiyyatABŞ kəşfiyyatı Ukraynanın şərq regionlarında rus agentlərinin telefon danışıqlarını tutur

ABŞ kəşfiyyatı Ukraynanın şərq regionlarında rus agentlərinin telefon danışıqlarını tutur. Bu barədə Amerikanın «Deyli Bist»şəbəkəsi ABŞ-ın dövlət katibi Con Kerrininnin bəyanatına istinadən xəbər verir.

Dövlət katibi deyir ki, kəşfiyyatçılar Moskvadan əmr alır. «Onların aksenti və stilistikası o insanların ruslar olduğunu sübut edir.

Biz dəqiq bilirik ki, bu əmrləri kim verir və onlar haradan daxil olur», — Vaşinqtonda cümə günü qapalı üçtərəfli komissiyanın görüşündə çıxış edən dövlət katibinin sözlərini şəbəkə sitat gətirir.