23.04.2014/00:43; ABŞ «Soyuq Müharibə» dövründən fərqli olaraq hazırda qərar qəbul etməkdə çətinlik çəkir

qerarABŞ «Soyuq Müharibə» dövründən fərqli olaraq hazırda qərar qəbul etməkdə çətinlik çəkir

ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Vaşinqtona «soyuq müharibə» dövründə qərar qəbul etmək indiki vəziyyətlə müqayisədə daha asan idi.

«Soyuq müharibə» zamanı qərar qəbul etmək daha asan və sadə idi. Variantlar çox və belə qarışıq deyildi, onlar daha dəqiq idi: Kommunizm, demokratiya, Qərb, Şərq, «dəmir pərdə», — deyə Кеrri çərşənbə axşamı dövlət departamentində çıxış edərək bildirib»,- «İnterfaks» agentliyi bu barədə xəbər verir.

Onun sözlərinə görə, 1950 və 1960-ci illərdə «biz həqiqətən uğursuz qərarlar qəbul edə bilərdik, mahiyyətcə isə hərbi və iqtisadi cəhətdən nəhəng dövlət kimi sonda uduşlu vəziyyətdə qala bilirdik».

«Hazırda vəziyyət dəyişib», — deyə Kerri bildirib.