21.04.2014/00:01; Polşa ABŞ və NATO-ya Ukraynada baş verən hadisələrlə bağlı Amerika qoşunlarını öz ərazisinə yerləşdirməyi təklif edib

teklifPolşa ABŞ və NATO-ya Ukraynada baş verən hadisələrlə bağlı Amerika qoşunlarını öz ərazisinə yerləşdirməyi təklif edib

Polşa ABŞ və NATO-ya Ukraynada baş verən hadisələrlə bağlı Amerika qoşunlarını öz ərazisinə yerləşdirməyi təklif edib. Bu barədə «Vaşinqton post» qəzetinə müsahibəsində Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.

Nazirin sözlərinə görə, o, NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı, amerikalı general Filip Bridlabla və ABŞ-ın dövlət katibi Con Kerri ilə artıq bu məsələni müzakirə edib. «Biz hesab edirik ki, bizim 15 illik NATO-dakı üzvlüyümüz və Ukraynadakı hadisələrin fonunda bu Şərqi Avropa ölkəsi onun təhlükəsizliyinə zəmanət verilməsinə layiqdir», — Sikorski belə deyib.