13.02.2014/08:27; Timoşenko Yanukoviç ilə ictimai debata çıxmağa hazırdır

debatTimoşenko Yanukoviç ilə ictimai debata çıxmağa hazırdır

Ukraynanın birləşmiş «Batkivşşina» müxalifət partiyasının lideri Yuliya Timoşenko ölkə prezidenti Viktor Yanukoviçlə ictimai debata çıxmağa hazırdır. Bu barədə partiyanın mətbuat xidməti məlumat verib.

«Mən Viktor Yanukoviçə müraciət edirəm: Əgər o, ictimai debat istəyirsə — mən Ukraynanı böhrandan çıxarmaq üçün taktiki və strateji addımlar atması haqqında dolğun müzakirələr keçirməyə hazıram, — Timoşenko belə bildirib.

Debatlar Xarkovda mənim yerləşdiyim həbsxana xəstəxanasının avadanlıq quraşdırılmış palatasında videokonfrans şəklində keçirilə bilər, — Timoşenko belə deyib.