12.02.2014/08:50; Ukrayna prezidenti Viktor Yanukoviç müxalifətçi Udar partiyasının lideri Vitali Kliçko ilə teledebat keçirməyə razılıq verib

debatUkrayna prezidenti Viktor Yanukoviç müxalifətçi Udar partiyasının lideri Vitali Kliçko ilə teledebat keçirməyə razılıq verib

«Belə debatların keçirilməsi təcrübəsi bütün sivil ölkələrdə mövcuddur. Onu təkcə Maydan auditoriyasına deyil, maksimum dərəcədə geniş ictimaiyyətə çatdırmaq üçün ümummilli televiziya kanallarının birində keçirilməsi təklif olunur, — dövlət rəhbərinin mətbuat xidməti müvafiq sorğuya cavabında belə bildirib.

Fevralın 9-da Kliçko «onunla və xalqla» debatda iştirak etmək üçün Yanukoviçi Meydana dəvət edib. Bu barədə siyasətçi səhnədən növbəti «xalq veçesi» zamanı elan edib. O vurğulayıb ki, dövlət başçısı bilməlidir ki, onun haqqında onun vətəndaşları nə düşünürlər. Elə həmin vaxt «Udar»ın lideri bildirib ki, Yanukoviç Ukraynadakı böhrana görə məsuliyyət daşıyır.