10.02.2014/08:31; İsveçrə vətəndaşları ölkənin immiqrasiya siyasətinin sərtləşdirilməsi barədə təşəbbüsü dəstəkləyiblər

referendumİsveçrə vətəndaşları ölkənin immiqrasiya siyasətinin sərtləşdirilməsi barədə təşəbbüsü dəstəkləyiblər

İsveçrə vətəndaşları ölkənin immiqrasiya siyasətinin sərtləşdirilməsi barədə təşəbbüsü dəstəkləyiblər. Konfederasiyada keçirilən ümumilli referendumun nəticələri bunu belə göstərir.

Doğrudur, əcnəbilər üçün kvota sisteminə qayıtmaq təklifini səs verənlərin 50,4% -i dəstəkləyib,- İTAR-TASS bu barədə məlumat yayıb. Eyni zamanda 26 isveçrə kantonlarından əksəriyyəti atılacaq bu addımları bəyənib. Məhdudiyyətlər  ilk növbədə Avropa ittifaqından gələn işçi qüvvəsinə şamil ediləcək. Belə ki, başqa ölkələrdən olan xarici mütəxəssislər kontingenti İsveçrədə artıq təsdiqlənib.

Bununla yanaşı bildirilir ki, belə tədbirlər İsveçrənin Avropa Birliyi ilə  münasibətlərini ciddi şəkildə pisləşdirə bilər.