06.02.2014/07:22; Misirin müdafiə naziri prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib

namizedMisirin müdafiə naziri prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib

Misirin müdafiə naziri prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib. Abdel Fəttah as-Sisi yaxın aylarda keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürməyə qərar qəbul edib.

Bundan əvvəl gələcək seçkilərdə prezident vəzifəsinə müdafiə nazirinin namizədliyini Misirin silahlı qüvvələrinin Ali şurası irəli sürüb.

As-Sisi ötən il iyunun 30-da prezident Məhəmməd Mursiyə qarşı yönəlmiş kütləvi aksiyalarda orduya dəstək verdikdən sonra Misirdə böyük populyarlıq qazanmışdır.
Əvvəllər o, bəyan edib ki, onun seçkidə iştirak etmək qərarı ordu və vətəndaşların özlərinin iradəsindən asılı olacaq.