05.02.2014/08:45; Rusiya Avropaya və ABŞ-a ultimatum verir

ultimatumRusiya Avropaya və ABŞ-a ultimatum verir

Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən bildirmişlər ki, bir sıra qərb dövlətləri nümayəndələrinin Meydanında çıxışlarını Ukraynanın daxili işlərinə açıq müdaxilədən başqa ayrı cür qiymətləndirmək olmaz.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin insan hüquqları üzrə müvəkkili Konstantin Dolqov bildirib. RİA Novosti agentliyi bu barədə xəbər verir.

«İstənilən müdaxilə dayandırılmalıdır. Qərb dövlətlərinin bir sıra nümayəndələri- Avropa İttifaqının eləcə də ABŞ-ın istər icra hakimiyyəti və istərsə də qanunverici hakimiyyətin nümayəndələri həm Meydanda, həm də öz ölkələrinin paytaxtlarında «avropaya çağırışla» çıxış etmişlər. Faktiki olaraq bu çağırışlar ukrayna xalqını qarçıdurmanı daha da dərinləşməyə aparan çağırışlardır.

Əlbəttə ki, bunu ukrayna xalqının daxili işlərinə qarışmaqdan başqa cür qiymətləndirmək mümkün deyil. Bu həmin dövlət xadimlərindən, elə həmin qərb siyasətçilərindən eşitdiklərimiz demokratik şüarlarla uyuşmur»,- Dolqov belə deyib.