21.01.2014/ 07:42; Birləşmiş Ştatlar və Avropa Birliyi İrana qarşı sanksiyaların bir hissəsini götürür

sanksiyaBirləşmiş Ştatlar və Avropa Birliyi İrana qarşı sanksiyaların bir hissəsini götürür

Bu, ilk növbədə neft və neft məhsulları sahəsiniə şamil edilir. Bundan başqa, Avropa İslam respublikasının qiymətli metallarla ticarətinə güzəştə gedir. Amerika hökumətindən öz növbəsində bildirirlər ki, maliyyə məsələsi sahəsində İranla bir sıra əlaqələrin yaradılması üzərində işlənilir.

Onlar Tehrana beynəlxalq təşkilatların humanitar ehtiyaclarına pul köçürmələrini həyata keçirməyə imkan verəcək. Bu addımlar İslam respublikasının nüvə proqramından üz döndərməsi ilə bağlıdır. MAQATE təsdiqləyib ki, bazar ertəsi İran uranın zənginləşdirilməsini 20% səviyyəsi həddində saxlayıb. Buna Tehranla «altılıq» ölkələri vasitəçilərinin aralıq sazişi çərçivəsinin birinci hissəsinin yerinə yetirilməsi sayəsində nail olunub.