13.06.2013/11:32; Pan Qi Mun Suriya-İsrail münaqişəsindən qorxur

munaqishePan Qi Mun Suriya-İsrail münaqişəsindən qorxur

BMT-nin baş katibi  Pan Qi Mun Suriya-İsrail münaqişəsinin yenilənməsi imkanı haqqında xəbərdarlıq etmişdir. Pan Qi Mun  İsrailin  baş naziri Binyamin Netaniyaqunun dünənki bəyanatından sonra  narahat olmuşdur.

Netaniyaqu, Qolan təpəliyi ilə baölı Suriya təhlükəsini şərh edərək,  iyunun 12-də bildirmişdir: «İsrail Suriya münaqişəsində tərəf deyil, amma ona hücum edilərsə  o özünü müdafiə edəcək».

Pan Qi Mun  Qolan təpəlikklərində sülhməramlıların sayını 900-dən 1250-ə qədər artırmaq xahişi ilə BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmişdir. O demişdir: » Əgər münaqişə zonasında cari hərbi fəallıq davam edərsə, nəticədə İsraillə Suriya arasında münasibətlərdə gərginlik eskalasiya ola bilər və bu iki ölkə arasında atəşin dayandırılması haqqında sazişi sual altına qoya bilər».