07.06.2013/11:29; Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğan nümayişçiləri etiraz aksiyalarını dayandırmağa çağırdı

sakitlikTürkiyənin baş naziri Rəcəb Tayip Ərdoğan nümayişçiləri etiraz aksiyalarını dayandırmağa çağırdı

Şimali Afrika ölkələri üzrə beynəlxalq səfərdən qayıdan Ərdoğanı aeroportda on minlərlə tərəfdarları qarşılamışdır.  Ərdoğan nümayişçiləri etiraz aksiyalarını dayandırmağa çağırdı.

O həmçinin bildirmişdir ki, hökumət Taksim meydanında tikiliş planlarından imtina etməyəcək. Baş nazirin bəyanatlarını onun tərəfdarları yüksək şəkildə dəstəkləmişlər. Ərdoğan ölkədə iqtisadiyyatın partlayışına yönəldilmiş zorakılığa və ayrı qrupların fitnəkar hərəkətlərinə dözməyəcəyini bildirmişdir.

O söz vermişdir ki, nümayişçilərlə toqquşmalar zamanı polisin həddən artıq qüvvə  tətbiq etməsi hadisələri araşdırılacaq, ancaq onu da əlavə etmişdir ki, «bəzi qruplar  parlament seçkiləri qarşısında öz xeyirlərini güdür.