04.06.2013/14:24; İranda prezidentliyə namizəd nüvə bombasına yox dedi

namizedİranda prezidentliyə namizəd nüvə bombasına yox dedi

İranda prezidentliyə namizədlər arasında liderlik edənlərdən biri Əli Əkbər Vilayəti France Press Agentliyinə müsahibəsində bildirmişdir ki, onun ölkəsi nüvə bombası yaratmaq niyyətində deyil.

Vilayəti eyni zamanda bildirmişdir ki, prezident postuna seçiləcəyi halda islam respublikasının hazırkı nüvə siyasətində hər hansı bir dəyişikliyə müqavimət göstərəcək.

Vilayəti İranda nüvə energetikasının inkişafı haqqında islam inqilabının mənəvi lideri ayətolla Əli Xameneninin göstərişlərini «dəqiq» icra etməyə söz vermişdir.