01.06.2013/09:12; 1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1iyun1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1950-ciildə BMT-nin Baş Assambleyası tərəfindən 1 İyunUşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb.

«Qadınların Beynəlxalq Konfransı»nda uşaq hüquqlarının təmin edilməsiilə bağlı təkliflər səslənib və 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bütün dünyada olduğu kimi Azərbaycanda da 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur

Müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdənbiridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirilir.

Uşaqların xoşbəxt yaşaması, onların hüquqlarının qorunmasında sağlam ailənin rolu danılmazdır. Bu gün artıq ailə sosial institut kimi formalaşıb və onu cəmiyyət fövqündə  təsəvvür etmək mümkün deyil. Qadın, kişi və valideyn-uşaq cəmiyyəti təşkil edən qüvvələrdir. Onların birgə yaşayışı nəticəsində yaranan ailə insanların özü ilə bərabər, cəmiyyət, məxsus olduğu millət, yaşadığı dövlət üçün çox vacib amildir.

Lap qədim zamanlardan Azərbaycanda ailə müqəddəs sayılıb. Ailədə böyük sözü dinlənilib, kiçiklər əziz tutulub. Azərbaycan Konstitusiyasına görə cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Ailədə qarşılıqlı hörmət, bir-birinə güzəştə getmək bacarığı, bir-birinə qayğı göstərmək önəmli yer tutmalıdır.

Sağlam ailə insanın ruhunu və  fiziki qüvvəsini, həyata olan sevgisini təzələyir. Ailə üzvləri bir-birini düzgün başa düşməli, normal ünsiyyət qurmalı və ailənin məhsulu olan uşaqlara düzgün tərbiyə verməlidir

Ailənin cəmiyyət qarşısında ən böyük  funksiyalarından biri, sağlam cəmiyyət üçün yararlı övlad yetişdirməkdən ibarətdir.  Azərbaycan qanunvericiliyinə görə uşağı sağlam böyütməli, müstəqil həyata hazılmalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Ölkəmizdə uşaq problemlərinin həlli sahəsində həyata keçirilmiş işlər sırasında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılmış addımlar öz müsbət nəticəsini vermişdir.

Azərbaycan Respublikasının 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulması bu sahədə ümumbəşəri normaların ölkəmizdə həyata keçirilməsinə zəmin yaradıb.

Samirə Kazımova, Gəncə Şəhər Kəpəz rayonu Qeydiyyat  şöbəsinin rəisi