22.05.2013/09:32; Anqela Merkelin uğursuz zarafatı Macarıstanla Almaniyanın münasibətlərini korladı

zarafatAnqela Merkelin uğursuz zarafatı  Macarıstanla Almaniyanın münasibətlərini korladı

AFR-in kansleri Anqela Merkelin ehtiyatsız söylədiyi fikirlər Almaniya və Macarıstan arasında qalmaqala səbəb oldu.

Hər şey Merkelin siyasi opponenti alman Sosial-demokrat partiyasının nümayəndəsi Peer Ştaynbryukun  bəyanatından sonra başlandı. Onun sözlərinə görə son illərdə «diktator rejimi qurulmuş», Macarıstanı Avropa Birliyindən çıxarmaq lazımdır.

Onun fikirlərinin bu iki ölkənin münasibətlərinə mənfi təsir edə biləcəyini bütün kəskinliyi ilə anlayan Merkel gərginliyi azaltmağa çalışdı, ancaq yalnız vəziyyəti daha da pisləşdirdi.

«Bəli, ölkəni düzgün istiqamətə qaytarmaq üçün bütün səyləri göstərmək lazımdır. Ancaq, mənə elə gəlir ki, dərhal ora süvari qoşunu göndərmək» lazım deyil, — deyə Almaniya kansleri zarafat eləməyə çalışdı.

Merkelin bu frazası Macarıstanda bomba kimi partlayış effektini verdi.

Ölkənin baş naziri Viktor Orban bildirdi ki, Almaniya artıq 1940-cı ildə tankların simasında süvari qoşunu Macarıstana yeritmişdir. Sonra məmur AFR kanslerinin siyasətini Hitlerin hərəkətləri ilə müqayisə etdi.

May ayının 22-da iki ölkə liderləri Avropa Birliyinin sammitində görüşdükdən sonra  bu münaqişənin «taleyi» aydınlaşacaq.