13.05.2013/08:50; Türkiyə dünya ictimaiyyətini Suriya prezidenti Bəşər Əsədə qarşı çıxış etməyə çağırır

teraktTürkiyə dünya ictimaiyyətini Suriya prezidenti Bəşər Əsədə qarşı çıxış etməyə çağırır

Türkiyədə Suriya münaqişəsinə qonşu dövlətlər üçün ciddi təhlükə mənbəyi kimi baxırlar və vətəndaş müharibəsinə xarici qüvvələrin açıq müdaxiləsini dəstəkləyirlər. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Əhməd Davutoqlu belə bir bəyanatla çıxış etmişdir.

«İnterfaks» İnformasiya Agentliyinin yaydığı məlumata görə Berlində mətbuat konfranslarında çıxış edərək o beynəlxalq cəmiyyəti «Suriya prezidenti Bəşər Əsəd rejiminə qarşı tədbir görməyə çağırmışdır». Məhz hansı tədbirin həyata keçirilməsini nazir dəqiqləşdirməmişdir. Bundan əvvəl Türkiyənin baş nazirinin müavini Bülent Arınç bildirdi ki, Ankara ölkənin cənubunda terror aktlarının təşkilatçılarına istənilən cavab tədbirlərinin görülməsi təşəbbüsü hüququnu özündə saxlayır. Türkiyənin Daxili İşlər Nazirliyi Suriya xüsusi xidmət orqanlarının partlayışlarda iştirakını ittiham edir. Hücumun guya ki, Reyxanlı şəhərində  məskunlaşan qaçqınlara qarşı yönəldilmişdi. Lakin, rəsmi statistikaya əsasən, həlak olmuş 46 nəfərin əksəriyyəti yerli sakinlər olmuşlar. Hökumət başçının müavini Bəşir Atalay cinayətdə iştirakı güman edilən doqquz nəfərin tutulduğunu bildirdi – o tutulanları Suriya kəşfiyyatı ilə əlaqədə olan terror təşkilatının nümayəndəsi adlandırmışdır. Baş nazirin müavini vurğulamışdır ki, saxlananlar artıq etiraf edici ifadələr verməyə başlamışlar. Suriya terror aktında iştirak etməsi haqqında ittihamları rədd edir. Respublikanın mətbuat naziri Omran əl-Zubi  bu iddiaları yalan adlandırmış və öz növbəsində baş verən hadisədə məsuliyyəti Ankaranın üzərinə qoymuşdur, – Frans-Press belə xəbər verir.

Türkiyənin cənubunda baş vermiş terror aktını Birləşmiş ştatlar ittiham etmişdir. Dövlət katibi Con Kerri terror aktını ABŞ üçün ağrılı zərbə adlandırmışdır.