01.02.2013/10:57; O müəllim xoşbəxtdir ki, onu şagirdləri qiymətləndirir

img007O müəllim xoşbəxtdir ki, onu şagirdləri qiymətləndirir

Jurnalistlik fəaliyyətimlə bağlı tez-tez respublikanın müxtəlif rayonlarında olur, müxtəlif peşə sahibləri ilə görüşür, onların həyat məqamlarında yaddaqalan səhifələri qələmə almağa çalışıram.

Bu dəfəki səfərim Ucar rayonuna oldu. Çoxdan idi ki, yolum bu rayona düşmürdü. İlk  növbədə rayonda olan səliqə-sahman, aparılan tikinti-quruculuq və abadlıq  işləri onun simasını tanınmaz dərəcədə dəyişmişdi. Xəyalımda rayonun yaxın keçmişini xatırladım və ryonun bu xoş gününü gördüyümə görə özümdə bir qürur hissi duydum.

Rayonda bütün sahələrdə olduğu kimi təhsildə olan inkişafla tanış olmaq məqsədilə bir neçə məktə bdə olmaq qərarına gəldim. Bu minvalla rayonun bir neçə məktəbinə getdim. Qabaqcıl müəllimlərin iş təcrübəsi ilə tanış oldum və məktəblərdə keçirilən bir sıra tədbirlərdə iştirak etdim.

 Rayonun 2 nömrəli tam orta məktəbi qabaqcıl təhsil müəssisələrindən biridir. Məktəbdə öz pedaqoji fəaliyyəti ilə öyünə biləcək bir çox müəllim çalışır. Bu tədris müəssisəsinin dil-ədəbiyyat müəllimi Abdullayeva Məhəbbət Rza qızı ilə kollektiv fəxr edir. Məhəbbət müəllimə BDU-nun filalogiya fakültəsini bitirdikdən sonra Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbində əmək fəaliyyətinə başlamışdır. Bir müddət orada işlədikdən sonra döğma ocağına olan məhəbbəti ona rahatlıq verməmiş və o bir zamanlar doğulub boya-başa çatdığı Ucar rayonuna qayıdaraq oxuduğu 2 nömrəli məktəbdə pedaqoji fəaliyyətini davam etdirməyə başlamışdır.img006

Artıq 30 ilə yaxındır ki, bu nəcib azərbaycanlı qadın gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Lakin buna baxmayaraq onun özünün dediyi kimi hər dəfə sinfə çox maraqla, gənclik həvəsi ilə girir.

“Dərsə o dərəcədə aludə oluram ki, 45 dəqiqənin necə gəlib-getdiyini, zəngin nə vaxt vurulduğunu hiss etmirəm”,- belə deyir Məhəbbət müəllimə. Təcrübəli müəllim öz dərslərini günün tələbləri səviyyəsində yeni təlim metodlarına uyğun şəkildə qurur və gənc müəllimlərə yaxından köməklik göstərir. Onun B. Vahabzadənin “Həyat sən nə şirinsən”,  M. Füzulinin “Leyli və Məcnun” poeması, “Felin təsriflənməyən formaları” mövzularında təşkil etdiyi açıq dərslər təcrübəli müəllimlər tərəfindən yüksək qiymətləndirilmiş və gənc müəllimlərə bu təcrübədən istifadə olunması tövsiyə edilmişdir.

Məktəbdə bu təcrübəli müəllim dahi Azərbaycan şairi N. Gəncəvinin 870 illiyi, S. Rüstəmin, S. Vurğunun yubileyləri münasibətilə bir sıra tədbirlər keçirmişdir. Bundan başqa o, “Nizami Gəncəvinin dünya ədəbiyyatında rolu” mövzusunda silsilə materiallar hazırlamışdır.

Bu gün Məhəbbət müəllimə öz yetirmələri ilə fəxr edir. Fatma, Elnarə, Ülkər, Sevda, Dilarə onun sevimli şagirdlərindən olmuşlar. Onların hər biri 580-600 bal toplayaraq ölkəmizin ən mötəbər ali məktəblərinə qəbul olunmuşlar. Məhs buna görə o Ucar Rayon İcra Hakimiyyəti

Başçısı tərəfindən “Gənclərin yetişdirilməsindəki fəaliyyətinə görə” diplomu ilə təltif olnmuşdur. Məhəbbət xanım torpağını, xalqını, dövlətini sevən bir qadındır. O gənclərin ideya-siyasi tərbiyəsinə xüsusi fikir verir və onları vətənpərvərlik ruhunda tərbiyə edir.

Məktəbdə olan zaman bu ziyalı qadın haqqında material hazırlamağımı bilən şagirdlər onun haqqında xoş sözlər demək üçün sanki növbəyə durdular. Onların hamısı bu gözəl insan haqqında xoş sözlər söylədi. Əsl övlad məhəbbətilə ilə müəllimini bərk-bərk qucaqlayan o balaca cılız qızın sölədiyi sözlər isə heç vaxt yaddaşımdan silinməyəcək. O öz fikrini belə ifadə etdi: — “O müəllim xoşbəxtdir ki, onu şagirdləri qiymətləndirir”.

Dürdanə Məmmədova, Ucar.

2 комментария

  1. Biz fəxr edirik ki sizin kimi müəllimədən dərs almışıq.Allah sizə ömür versin.Daima uğurlarınız bol olsun bizim gözəl müəlliməmiz.

  2. Öz sənətini həqiqətən sevən, yetirmələrinin gələcəyini düzgün istiqamətə yönəldərək onları əsl insan kimi formalaşmalarında müstəsna əmək sərf edən bir müəllimdir MƏHƏBBƏT MÜƏLLİMƏ!!!! Allah onun hər zaman yardınçısı olsun!

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *