07.11.2012/08:51; G20 dünya iqtisadiyyatı üçün ciddi risklər haqqında xəbərdarlıq etdi

G20 dünya iqtisadiyyatı üçün ciddi risklər haqqında xəbərdarlıq etdi

«İyirmilər»ə daxil olan ölkələr dünya iqtisadiyyatının azacıq artımı səviyyəsi və yüksək risklərin mövcudluğu haqqında bəyanat yaymışlar. Avropada böhranla mübarizə tədbirlərinin dayandırılması, büdcə problemlərinin həlli və ABŞ-da dövlət xərclərinin kəskin ixtisarı belə risklər siyahısına daxildir.

Bu haqda G20-lərin maliyyə nazirlərinin və mərkəzi banklarının başçılarının Mexikoda keçən görüşünün nəticəsinə görə rəsmi məlumat layihəsində deyilir.

Sənəddə vurğulanır ki, G20 ABŞ-dan bütün dünya iqtisadiyyatına neqativ təsir edə bilən xərclərin kəskin ixtisarından və vergilərin artımından qaçmağı xahiş edir. G20 həmçinin təşkilatın üzvləri tərəfindən 2013-cü ilin sonuna kimi planların icrası zamanı indiki çətin iqtisadi şəraitdə dünya iqtisadiyyatına neqativ təsir edə biləcək dövlət borclarının iki dəfə ixtisar etməsindən ehtiyat edir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *