28.10.2012/08:28; Çində hepatit E-yə qarşı dünyada ilk vaksin satmağa başladılar

Çində hepatit E-yə qarşı dünyada ilk vaksin satmağa başladılar

Çində E hepatitinə qarşı dünyada ilk vaksinin satışına başlamışlar. Dərmanın satışına istehsalına  2011-ci ilin dekabrında lisenziya alınmışdır. Gələcəkdə vaksini xaricə də  satmağı təklif edirlər.
Vaksini Syamen Universitetinin və Xiamen Innovax Biotech şirkətinin mütəxəssisləri hazırlamışlar. Kliniki sınaqlar Szyansu əyalətində iki il ərzində 113 min könüllünün iştirakı ilə keçirilmişdir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hər il təxminən 20 milyon insan E hepatiti virusuna tutulur. E hepatiti virusu Çində hepatitin ən yayılmış formalarından biridir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *