19.10.2012/08:21; Məşhur alman futbolçusu Mixail Ballak məhkəmə qarşısında duracaq

Məşhur alman futbolçusu Mixail Ballak məhkəmə qarşısında duracaq

Öz karyerasını yaxın vaxtlarda başa  vurmuş məşhur alman futbolçusu Mixail Ballak avtomobili çox yüksək sürətlə idarə etdiyi üçün İspaniyanın yol polisi tərəfindən saxlanılmışdır. Bu haqda xarici idman nəşrləri bildirmişlər.

İspaniyanın magistral yollarında hərəkətin maksimal sürəti 120 km/saat təşkil edir, Ballak isə öz avtomobilini saatda 211 kilometr sürətlə sürmüşdür. Sabiq-futbolçu qanunu pozduğu ərazidə — Truxilo (Kaseres əyaləti) bələdiyyəsi hakimi qarşısında cavab verməli olacaq. İspan qanunlarına görə Mixaili ən azı 450 avro məbləğində cərimə gözləyir

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *