18.10.2012/08:41; Gürcüstanın baş naziri vəzifəsini tutmaq üçün Bidzin İvanişvilinin namizədliyi irəli sürüldü

Gürcüstanın baş naziri vəzifəsini tutmaq üçün Bidzin İvanişvilinin namizədliyi irəli sürüldü

Gürcüstan prezidenti Mixail Saakaşvili parlamentdə ölkənin baş naziri vəzifəsini tutmaq üçün Bidzin İvanişvilinin namizədliyini irəli sürmüşdür. Bu haqda dövlət başçısının mətbuat katibi Manana Mandjqaladze bildirmişdir.

Mandjqaladze demişdir ki, «konstitusiyaya əsasən təyin edilmiş baş nazir on gün ərzində yeni hökumətin tam tərkibini parlamentə təqdim etməlidir».
İvanişvili oktyabrın 1-də parlament seçkilərində qalib gəlmiş və parlamentdə 83 yer almış «Gürcü arzusu» koalisiyasına  başçılıq edir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *