Tanınmış musiqiçi Vahid Mirzəyev dünyasını dəyişmişdir
Azərbaycan mədəniyyətinə ağır itgi üz vermişdir. Tanınmış musiqiçi, mahir pedaqoq və bacarıqlı təşkilatçı Vahid Abuzər oğlu Mirzəyev uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişmişdir.
Vahid Mirzəyev 1932-ci il aprel ayının 11-də Gəncə şəhərində anadan olmuşdu. Onun atası Abuzər İsgəndər oğlunun Gəncə sənayesinin inkişafında böyük xidmətləri vardır. Belə ki, o, Gəncə Yağ-Piy kombinatının əsasını qoymuşdur. 1935-ci ildə isə Gəncə Pambıqtəmizləmə zavodunda direktor vəzifəsində çalışırdı. Daha ətraflı »















