Sehirli səs-kimdir bu səsin sahibi
Əsrlərin o, tayından adlayaraq bu günümüzə gəlib çıxan sehrli bir səs ovsunladı məni. Bu səsdə mehri-məhəbbət, mübariz əhval- ruhiyyə, qəhrəmanlıq var. İncəliyinə, saflığına, büllurluğuna görə seçilir bu səs…
Şirin, həzin avazlı, şaqraq zənguləli bir səs gəlir qulağıma. Bu səsi eşitdikcə tarixi keçmişimizə baş vurur, kədərlənir, qəhərlənir, çox zaman isə qürurlanır və sevinirəm.















